Page 230 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 230
XX əsrin Norveç hekayələri
Oğlan və qoca
oca balaca oğlanın əlindən tutub aparırdı; qara, qıv -
Qrımsaç oğlanın başında papaq yoxdu, totuq uşaq əli
ilıqdı.
Onlar dustaqların uzun cərgəsinin ön sırasında addım -
layırdılar. Qarşıda inək sürüsü otlayan çəmənlik gözə dəyəndə
oğlan barmağını həyəcanla ora tuşladı:
– Baba, ata bax!
Qoca gülümsündü..
– At deyil, mənim balam, inəklərdi.
Oğlan şəhərdə doğulmuşdu və bütün yeddi ili boz daş
evlərin arasında yaşamışdı. İndiyəcən heç vaxt inək gör mə -
mişdi.
Qoca dedi:
– İnəklər bizə süd verir.
Oğlan bunu bilirdi. O, inəklərə xeyli baxıb sonra zıqqıldadı:
– Baba, mən su içmək istəyirəm.
Qoca dedi:
230 – Bilirəm, mənim balam. Biz hamımız susamışıq. Bir az
döz, yəqin, birazdan oturub dincimizi alarıq, su da içərik.
Oğlan bir az sakitləşdi.
Payızın havası mülayim və nəm idi. Gecə yağış yağmışdı və
onların getdiyi yol hələ tam qurumamışdı. Qoca nəvəsini
gölməçənin yanından adlatdı: oğlanın çəkmələri cırılmışdı, altı
qopmasın deyə iplə sarımışdılar.
Yol boyunca sıralanan ağaclardan yerə sarı yarpaqlar
düşürdü. Bəzi yerlərdə dustaqlar qalın xəzəl qatının üstüylə
getməli olurdular. Oğlan topuğacan batdığı sarı yarpaqları
ayağıyla kürüməkdən xoşlanırdı. Amma qoca ona təpindi ki,
düz yerisin, yoxsa ayaqqabıların altı yeyilər, iplər qırılar.
– Onda ayaqyalın getməli olacaqsan, – qoca əlavə elədi.
Oğlan sözə qulaq asıb daha dəcəllik eləmədi. Birazdan
soruşdu: