Page 214 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 214
XX əsrin Norveç hekayələri
Ondan ötrü əldən-ayaqdan getsələr də, nə qədər can
yandırsalar da, otaq onları yaxına buraxmaq istə mirdi. Fru
Mubek köhnə vaxtların xiffətini çəkirdi: onda döşə mə – adi
döşəməydi, otağa ikincidərəcəli parket döşə mişdilər, ona görə
ki, ikincidərəcəli parketin üzərindəki cizgilər daha canlı
görsənirdi. Mubeklərin yuxusu ərşə çəkilmişdi, gecələr kan-
darda oturub mürgü döyürdülər: qonaq otağı onları çıxdaş
eləmişdi.
Bir dəfə şəhər idarəsinin mühəndisi onların evinə təşrif
buyurdu. Dediyinə görə, vəziyyətlə tanış olmaq istəyirdi. O
həm də şəhərin yanğından mühafizə idarəsinin rəisi idi və ona
görə də polisə məlumat verməyə bilməzdi. Aydın məsələdir
ki, Mubeklərin mənzilinin döşəməsi ətrafda yaşayanlar üçün
təhlükə mənbəyi idi. Mühəndis belə dedi. Ətrafda yaşayanlar?
Cütlük heç vaxt ətrafdakıların işinə qarışmır, əvəzində onlar-
dan yalnız bir şey tələb edirdi: onların işinə burunlarını
soxmasınlar. Şəhər idarəsinin mühəndisi, daha doğrusu,
yanğından mühafizə idarəsinin rəisi dedi:
– Xalçalar bir həftə ərzində qonaq otağından götürül -
məlidir; yanğın baş verəcəyi halda yanğınsöndürənlərin
sərbəst hərəkət etməsinə şərait yaradılmalıdır. Bu tələblər
214 yerinə yetirilməsə, müəyyən olunmuş müddətdən sonra
xalçalar zorla, yəni polisin köməyi ilə otaqdan çıxarılacaqdır.
Xatırladım ki, bu cür əməllərə görə qanunda müəyyən cəza
tədbirləri nəzərdə tutulub. Belə ki, siz böyük məbləğdə cərimə
oluna, hətta həbs edilə bilərsiniz. Hələlik!
O gecə ilan vuran yatdı, amma Mubek cütlüyünün gözünə
yuxu getmədi. Ər-arvad qəm dəryasına qərq olmuşdu. Bir o
çatmırdı ki, polislər və yanğınsöndürənlər parketi, onların alfa
və omeqasını tapdayıb, pis günə qoysunlar. Belə həyasızlıq
olar?
Fru Mubekə bıçaq vursan, qanı çıxmazdı. O, get-gedə
zəifləyir, halsızlaşırdı. Mubeklər hər dəfə nəfəslikdən qonaq
otağına baxanda ürəkləri qısılırdı. Sanki artıq böyüyüb müs -
təqil həyata qədəm qoyan övladlarından ayrılırdılar. Son