Page 211 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 211
Odd Solumsmuen
Əslində, çoxdan ağıllarına gəlmişdi, amma bir-birinə de -
məyə ürək eləmirdilər. Bəlkə də, gümüş toylarını çoxdan qeyd
etmişdilər (hər halda, istəsəydilər çoxdan qeyd eləyərdilər),
buna baxmayaraq, hələ də bir-birlərinə ürəklərindən keçəni
deməyə çəkinir, utanırdılar. Döşəməyə xalça sərmək – parketi
gizlətmək deməkdir. O deməkdir ki, onlar evə yaraşıq verən,
rövnəqləndirən parketi görmək istəmirlər. Bəlkə də, onlara elə
gəlirdi ki, xalça alsalar, parketin ruhu inciyər. Axı parketin
üstünü örtmək istəyirlər – bundan böyük təhqir olar? Parketin
onlara nə pisliyi keçib axı?
Bir sözlə, çıxılmaz vəziyyətə düşmüşdülər. Çıxış yolu tapa
bilmirdilər. Mubek cütlüyünün həyatında böhran vəziyyəti
yaranmışdı. Səkkiz il əvvəl, parket döşəyərkən ağıllarından
keçən fikir yenidən canlandı: bəlkə də, yerə adi plitə və ya
linoleum döşəməliydilər. Onda döşəmə tez xarab olmazdı,
şkafları rahatca tərpətmək, dikdaban ayaqqabıda gəzmək
mümkün olardı. Uzaqbaşı küknar və ya şam ağacından
düzəldilmiş taxtadan da istifadə edə bilərdilər. Amma yox,
Mubeklərin evində başqa döşəmə ola bilməzdi, bu fikri yaxın
buraxmaq istəmirdilər.
Əlbəttə, gözəl, keyfiyyətli xalça almaq lazım idi. Əllə toxun -
muş xalça. Bu, təbii üsulla boyanmış xalis Norveç xalçası olmalı 211
idi. Xoşbəxtlikdən, satışda bir-birindən gözəl xalçalar vardı.
Mubek cütlüyü uzunu beş, eni dörd metr olan gözəl bir xalça
aldı. Yundan toxunmuş, təbii üsulla boyanmış xalçaydı, mavi
fonda sarı naxışlar göz oxşayırdı. Xalça o qədər gözəl idi ki, iki
göz istəyirdi tamaşa eləsin. Mubeklər xalçadan gözlərini çəkə
bilmirdilər. Nəhayət, xalçanı evə gətirib, döşəməyə sərəndən
sonra başqa bir sual ortaya çıxdı: bu cür gözəlliyi tapdalamaq
nə dərəcədə düzgündür? Bahalı xalçaydı, amma keyfiyyətini
nəzərə alsaq, o qədər də çox pul ödəməmişdilər. İlk növbədə,
keyfiyyət nəzərə alınmalıdır, elə deyilmi? Məlum məsələdir,
xalçanın üstündə çox gəzsən, istər-istəməz, rəngləri soluxacaq,
mavi fondakı naxışlar öz ifadəliliyini itirəcək. Çünki toz, çirk və
qum hiss etdirmədən öz işini görür.