Page 206 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 206
XX əsrin Norveç hekayələri
Parket
ubeklər cütlüyü, çoxdandır ki, parket döşəmənin
Mvəziyyətindən narahat idi. Buna bahalı parket
demək olmazdı, heç birincidərəcəli də deyildi. Bu döşəməni
onlara podratçı məsləhət görmüşdü, demişdi ki, ikincidərəcəli
parketin üzərindəki təsvirlər daha canlı, daha maraqlı görünür.
Odur ki, parket onlara baha başa gəlməmişdi. Yəni Mubeklərin
cibinə görəydi. Onlar bu parketi dəfələrlə sumbatayla sürtüb,
kələ-kötür yerlərini hamarlamış, çirkdən təmizləmiş, laklamış -
dılar. Döşəmədir də, vaxt keçdikcə çirklənir, üzərində çopurlar
əmələ gəlir. Qonağa necə deyəsən ki, parketin üstündə dik -
daban ayaqqabıyla gəzmə! Bəzən kamindən döşəmənin
üstünə kiçicik köz parçası sıçrayır və ya tutalım, souslu kartof
əzməsini yemək istəməyən uşaq qaşığı parketə çırpır…
Parket başdan-başa çapıqlarla örtülmüş, cızıq-cızıq
olmuşdu. Bir sözlə, ona yenidən lak çəkmək lazım idi. Amma
Mubeklər cütlüyü qərar verməyə tələsmirdi. Mənzildəki
bütün mebelləri yerindən tərpətmək, əşyaları bağa çıxarmaq
sizə zarafat gəlməsin. Nəhayət, pardaxlanmış şkafları yataq
206
otağına çəkdilər. Mənzilin nizamı tamamilə pozuldu. Yataq
otağındakı iki böyük çarpayı (bütün abırlı, ləyaqətli adamların
evində olduğu kimi, burada da erotikaya xüsusi, yaxşı
hazırlanmış məkan ayrılırdı) bu sıxlıqda çox miskin görünürdü.
Cütlüyün “holl” adlandırdığı otaq stullar, kreslolar və qab-
qacaq rəfləri ilə ağzınacan doluydu. Bütün bunlar fru Mubekə
anasından miras qalmışdı.
“Döşəmə qulluq tələb edir?” – Mubeklər fikirləşirdi. Par-
ket nəyimizə lazımdır axı? Boş yerə əsəblərimiz korlanır!
Amma neyləmək olar? Döşəməsiz yaşamaq olmur! Tanrı
xətrinə, döşəməsiz necə yaşamaq olar? O qədər həyəcanlan -
mışdılar ki, gecəni səhərə kimi yata bilməmişdilər. Yuxusuzluq-
dan yanaqları pörtmüşdü, gözləri alışıb-yanırdı. Evdə istidən
nəfəs almaq olmurdu. Axı döşəməyə lak vurmaq istəyirsənsə,