Page 202 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 202
XX əsrin Norveç hekayələri
– Əlbəttə ki, özümdən. Bir neçə şeirimi göstərib, təxminən
on dəqiqə dünya ədəbiyyatından danışdım. Çalışırdım ki, onda
təəssürat doğurum, xoşuna gəlim. Buna nail oldum. Sonra
limonad içdik – orada spirtli içki vermirlər. Qulağına pıçıldadım
ki, yeni pyes üzərində işləyirəm, mənə model lazımdır, əsərin
ikinci aktı nəsə alınmır, məncə, onun tipi çox maraqlıdır və
xahiş etdim ki, kömək əlini uzatsın. Belə-belə sözlər söyləyib
bişirdim. Yəqin, bu üsul sənə də yaxşı tanışdır.
– Yox, bilmirəm, – dedim. – Mən yazıçı deyiləm.
– Sonra bir parça kağız çıxartdım, deyəsən, mühazirə
dəftərindən cırmışdım. Ona yazılı sual verdim, birbaşa soruş -
mağa cürətim çatmadı. Elə təsəvvür edirdim ki, fikrimi kağıza
yazsam, sözlər sanki havada əks olunacaq, hamı da görəcək.
Ona görə yazdım ki, əgər “razıdırsa” kağızın küncünü qatlayıb
mənə qaytarsın. “Razı deyilsə”, qatlamasın.
Andre jiletin yaxasını açdı, yerindən sıçrayıb yumşaq
xalçanın üstündə var-gəl etməyə başladı. Elə mən özüm də
böyük məmnuniyyətlə durub gəzişərdim, çünki kresloda otur-
maqdan bezmişdim. Ancaq qalxmadım. Ağcaqayın yarpağı
yavaş-yavaş aşağı sürüşdü, pəncərənin çərçivəsinə ilişib qaldı.
Andre yenidən yazı masasına yaxınlaşdı.
202 – İlahi, necə də həyəcanlı idim, – dedi. – Ona tərəf bax -
mağa cürət etmirdim. Nəm, tərli əllərimlə üzümü örtmüşdüm.
Bədənimi gah soyuq, gah da isti tər basırdı, başım gicəllənirdi,
bir an mənə elə gəldi ki, huşumu itirirəm. Deyəsən, ürəyimdə
dua edirdim. Budur, kağız qarşımdadır, əlini at, götür!
Sözünə ara verdi. Və yumruğunu masaya çırpdı.
– Yalan söyləyirəmsə, qoy Tanrı canımı alsın! Kağızın ucu
qatlanmışdı. Elə sevindim ki, hətta kağızı çeynəyib udmağa
hazır idim.
Masanın üstündə qırmızı daş vardı. Baxışlarım ona ilişib-
qalmışdı. İdarələrin çoxunda belə daş var. Sənədlərin üstünə
qoyurlar ki, kağızlar uçub otağa səpələnməsin. Bunu düşünüb
daşı ovcuma aldım, çəkisini müəyyən etməyə çalışdım.
– Bəs sonra? – soruşdum.