Page 201 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 201
Aqnar Myukle
oxumuşdun da: “Otağa kənar şəxsləri gətirib məclis qurmaq
qadağandır!” Əl-qol aça bilmirdim, qızla heç əməlli-başlı
söhbət də etməmişdik.
Küçədə mavi səmanın nizamını nəsə pozdu. Külək
haradansa ağcaqayın yarpağı tapıb fırlada-fırlada gətirdi,
yarpaq tappıltı ilə pəncərənin şüşəsinə yapışdı. Yadıma düşdü
ki, Andre və Venkeni, qrupumuzdakı digər uşaqları ilk dəfə
görəndə də payız idi.
– Bir dəfə axşam onu görüşə dəvət etdim. Xalvorsenin
qənnadı dükanına baş çəkdik. Yadındadır? İlahi, necə də
həyəcan keçirirdim.
Gözlərini tez-tez qırpırdı, ayağını ayağının üstündən
götürdü, əlini dizlərinə sürtdü və siqarın kötüyünü külqabıya
basdı.
– Adətən, – fikirli-fikirli dilləndi, – qıza bədəninin hər a -
rətini hiss etdirib yola gətirirsən. Rəqs edirsən, evin tinində
qucaqlayırsan, kresloda ona qısılırsan, nəhayət, maşında
yanaşı oturursan. Əvvəlcə öpürsən, çalışırsan ki, ehtirasın,
hərarətin ona da sirayət etsin. Bu, heç də çətin deyil. Buna
fiziki təsir deyirlər, yəni əl önəmli rol oynayır. Söz tələb olun-
mur. Əgər nəsə demək istəyirsənsə, sözlər dürr kimi ağzından
tökülür. Qızın saçlarını öpürsən, bu qoxudan məst olursan, 201
utancaqlığın əriyib gedir, ehtirasın coşub dilə gəlir. İki insan
bir-birinin nəfəsini duyanda bütün çətinliklər aradan qalxır.
Külqabıdakı siqar kötüyünü var gücü ilə sıxdı. Gözüm
ağcaqayın yarpağına sataşdı. Hələ də şüşəyə yapışıb qalmışdı.
– Ancaq bu dəfə Venke ilə, – Andre sözünə davam etdi, –
yalnız söz vasitəsilə ünsiyyət qurmağa məcbur idim. İşığa qərq
olmuş qənnadı dükanının kafesində əyləşmişdik. Nə ora
gedəndə, nə də qayıdanda intim münasibət üçün heç bir şərait
yox idi. Burada, qənnadı dükanının kafesində onun razılığını
almağa çalışırdım. Başımızın üstündəki çilçıraqlar da buna
şahidlik etməli idi. Qızla söhbətə başladım.
– Nədən danışırdınız? – sualım gözlənilməz səsləndi.
Mənə çox təəccüblə baxdı, sanki unutmuşdu ki, bayaqdan
onu dinləyirəm.