Page 197 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 197
Aqnar Myukle
İki kişinin xoşbəxtliyi
eməli, deyirsən ki, xoşbəxtsən, – Andre təkrar etdi.
DEnli ovcunu sifətinə dayayıb barmağı ilə gözünün
ucunu ovuşdurdu. Digər gözünü yummamışdı, diqqətlə məni
süzürdü. Andrenin baxışlarına tuş gələndə həmişə özümü
narahat hiss edirəm. Amma onunla son görüşümüzdən düz
beş il ötür. O zaman hər ikimiz eyni siyasi qrupun üzvü idik,
təşkilata da Andre rəhbərlik edirdi. Sonra müharibə başladı və
o, İngiltərəyə köçdü, mən isə burada qaldım. Bu illər ərzində
bir qədər dəyişib, məncə, daha sanballı görünür, ancaq gözləri
əvvəlki kimi parlaq qalıb.
Kabinetin hündür pəncərələrindən biri azacıq aralı idi,
hərdən küçədən tramvayın zəngi eşidilirdi.
Bilmirəm, haradan ağlıma gəldi ki, həmin gün ona baş
çəkim. Asudə vaxtım kifayət qədər idi, hüquq məsələləri ilə
bağlı paytaxta gəlmişdim, axşam da evə qayıdacaqdım. Redak-
siya binasının yanından keçəndə birdən ağlıma gəldi ki, onu
görüm. Deyilənə görə, müharibədən sonra bu qəzetdə
girələnirdi. 197
Hansısa qüvvə məni çəkib bura gətirmişdi. Nə vaxtsa bu
insana bəslədiyim hisslər?.. Sadiqlik? Axı tələbəlikdə bir yerdə
oxumuşuq, eyni evdə qalmışıq... Heyranlıq? Qrupda hamı -
mızın ağsaqqalı sayılırdı... Pərəstiş? Kursu fərqlənmə ilə
bitirmişdi... Nifrət? Bizim cahilliyimizi, özünün isə hamıdan
üstün olduğunu gözümüzə soxurdu... Bəlkə, inanılmaz
dərəcədə dəhşət? Eyni şey dəfələrlə yuxuma girmişdi, hətta
xatırlayanda belə, adamı dəhşət bürüyür...
Onunla salamlaşanda ağzımda bir quruluq hiss edirdim,
tez-tez udqunurdum. Hətta məni dəri kresloya oturdub əlimə
soda qatılmış viski bakalını verəndə də dil-dodağım qupquru
idi. Andre isə əksinə, dil-boğaza qoymur, görüşdən məmnun
olduğunu bildirirdi. Əlimi elə sıxdı ki, az qaldı sınsın, ayı kimi
otaqda vurnuxur, tələbəlik illərindən müxtəlif əhvalatları