Page 200 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 200
XX əsrin Norveç hekayələri
Kitabı yaxşı xatırlayıram, evdə rəfə qoymuşam, lakin Andre
cavab gözləmədi.
– O zaman nəşriyyatdan cavab alana qədər gözləməyə
hövsələm çatmırdı, qeyri-müəyyənlikdən, xoşbəxtlikdən, bəli,
bəli, xoşbəxtlikdən dəli olmuşdum. Amma eşidəndə ki, kitabı
bəyəniblər, çap edəcəklər, ehtirasım soyudu, hər şey bununla
bitdi. Evə gəlib özümü çarpayıya atdım. İçimdə bir boşluq
yaranmışdı, hüdudsuz boşluq, özümü dünyanın ən bədbəxt
adamı hesab edirdim.
Heç vaxt ağlıma gəlməyib ki, Andre də bədbəxt ola bilər -
miş. Ona görə də dediklərinə inanmağım gəlmədi.
Telefon zəng çaldı, daha doğrusu, telefonlardan biri. Andre
dəstəyi qaldırıb dedi: “Sabah saat onda!”
– Qayıdaq xoşbəxtlik məsələsinə, – siqardan qullab vurdu, –
Venke yadındadır?
– Venke? – soruşdum. – Əlbəttə, yaxşı yadımdadır. O...
– Adətən, sevgi macəralarından danışmağı sevmirəm.
Amma madam ki xoşbəxtlik mövzusuna toxunmuşuq,
kitabımın bəzi fəsilləri hazırdır. Venkenin adını dəyişmişəm, bu
kitabın qəhrəmanlarından biri olacaq. Bir vaxtlar onunla
əməkdaşlıq edirdik, yaman vurulmuşdum. Məncə, heç
200 birinizin bundan xəbəri yox idi.
Yazı masasının üstündəki qutudan siqar götürdüm. O, kib-
riti mənə tərəf itələdi. Qutunu açanda çöplərdən bir neçəsi
döşəməyə töküldü.
– Dünyanın kefini çəkib, ləzzətini duymayacaqsansa, niyə
yaşayırsan? – Andre sözünə davam etdi. – Özümü bu
ləzzətdən niyə məhrum etməliyəm?
Kibriti çəkib siqarın ucuna yaxınlaşdırdım, pis yandı, ona
görə də dalbadal sümürüb alışdırdım.
– Ona görə də bizim tələbə yataqxanasında yaşamaq
ürəyimi sıxırdı. Xüsusən də Venke kimi gözəl qızı görəndən
sonra. Zalım qızı fırfıra kimi fırlanırdı, gülümsünəndə də üst
dodağı əsirdi. Yadındadırsa, həmin dövrdə yataqxanada ciddi
nizam-intizam vardı. Çarəm nə idi? Əl-ayağım bağlı. Elanı