Page 204 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 204
XX əsrin Norveç hekayələri
Xəbərin var ki, bu il onilliyimizdir? Otuz beşdə instituta gir -
mişik, düzdür? Əlbəttə, ilahi, bunu necə unutmaq olar? Sən,
mən, Fredrik, Rolf, Lisbet, Venke və... Hə, yadımda ikən soru -
şum: Venke necə oldu? Bilmirsən hardadır?
– Drammendə – dedim.
– Drammendə? Görüşürsünüz?
– Hər gün, – cavab verdim.
– Nə danışırsan?
– Ərdədir. – Başa düşürdüm ki, ona söyləməyin əsl vaxtıdır.
Gərək bunu bayaq deyəydim.
– Sən nə danışırsan? Bəs əri kimdir? – Andre xəbər aldı.
– Mən.
Yanağının dartılmış əzələləri göz qırpımında boşaldı, sifəti
dəyişdi. Düşündüm ki, insan bir xəbər eşidib sarsılanda necə
də tanınmaz hala düşür. Ağzı aralı qalmışdı.
– Bəli, – dedim. – Qırxıncı ilin payızında evləndik. İki övla -
dımız var, birini də gözləyirik. Çox xoşbəxt yaşayırıq.
– Hə... – Andrenin iri gözləri qıyıldı, bu dəfə nəzərləri mənə
yox, harasa uzaqlara dikildi.
– Yaxşı, imkan olsa, görüşüb-danışarıq. – Paltomu geyinib
qapının ağzında dayanmışdım, getməyə hazırlaşırdım. – Qaldı
204 yeni kitabına, sənə uğurlar arzulayıram – əlavə etdim.
Baxışlarım Andrenin masasının üstündəki qırmızı daşa
sataşdı, gülümsündüm.
Dəhlizə çıxanda bir an ayaq saxlayıb kabinetinin qapı -
sındakı dəstəyə baxdım. Müasir stildə, metaldan düzəldil -
mişdi, hamar idi, parıldayırdı. Görünür, ona görə də üstündə
barmaqlarımın izi qalmışdı...