Page 207 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 207
Odd Solumsmuen
evi yaxşı-yaxşı isitməlisən. Mubeklər cütlüyü bu məsələni
bütün təfərrüatı ilə öyrənmişdi. Döşəməyə lak vurarkən tem-
peraturun müsbət və mənfi təsirləri ilə bağlı araşdırma
aparmışdı. Onlar bitişik otaqların qapısına reflektor qoydular,
batareyanın gücünü yarıya endirdilər. İlin bu vaxtında məhz
belə etmək lazım gəlirdi. Yanılmıramsa, baharın erkən
çağlarıydı, bağdan küləyin vıyıltısı eşidilirdi; ağacların gövdəsi
sarı ləkələrlə örtülmüşdü, sanki sarılıq xəstəliyinə tutul -
muşdular.
Mubek məzuniyyətinin bir gününü döşəməyə lak vurmaq
üçün ayırmışdı. İkilikdə döşəmənin çatlaq yerlərini malala dılar.
Döşəmədə əmələ gəlmiş qara nöqtələrin mənşəyi haq qında
danışdılar. Otağın ortasından başlayıb, kənarlara doğru lak
vurmağa girişdilər. Axşama yaxın, toranlıq açıq pəncərədən
içəri təpilməyə başlayanda işi bitirdilər. Döşəmə başdan-başa
lakla örtülmüşdü. Parketin hamar səthi göz oxşayırdı. Mubek -
lər bu mənzərədən xoşhal olub qucaqlaşdılar, sonra fru qəhvə
dəmləmək üçün mətbəxə keçdi.
– Bura gəl, – ertəsi gün fru Mubek ərini səslədi. – Ora bax,
o qəhvəyi ləkəni görürsən? Nəlbəki böyüklükdədir. Döşəməyə
yenicə lak çəkmişik, bu ləkə hardandır? 207
Qadın özünə əl qatdı, bir şivən qopardı ki, gəl görəsən.
Belə dərd olar? Əri fikirləşə bilər ki, o, işinin öhdəsindən gələ
bilmir, öz borcunu yerinə yetirməkdən boyun qaçırır. Axı döşə -
məni təmiz saxlamaq ərinin yox, məhz onun borcudur. Ona
görə də ərini çağırdı ki, qoy baş verənləri öz gözüylə görsün.
– Ah, əzizim, – əri başını tutdu, – ah, əzizim! Mən də dilxor
oldum. Doğrudan da, çox pis ləkədir. Onun orada olduğunu
biləndən sonra daha aydın görürsən. Bizsə onun orada oldu -
ğunu bilirik. Bəlkə də, başqaları heç onu sezməyəcək. Amma
nə olsun, axı biz onun orada olduğunu bilirik və görürürük.
Bundan sonra fikrimiz-zikrimiz bu qəhvəyi ləkənin yanında ola-
caq. Bu ləkə bizə dinclik verməyəcək! Amma, əzizim, günah
səndə deyil! Bu, təsadüfdür, hansısa həşərat laka yapışıb,