Page 198 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 198
XX əsrin Norveç hekayələri
xatırlayırdı. Drammendə işə girdiyimi eşidib məni dönə-dönə
təbrik etdi, sonra isə müharibə vaxtı başına gələnləri müfəssəl
danışmağa başladı. Birini qoyub başqa hadisəyə keçir,
qaynayıb-daşırdı. Mən isə qəribə hisslə geniş, yumşaq kres-
loda oturub düşünürdüm ki, görəsən, bəxti ayaq üstə olan
belə adamlar enerjini haradan alır, onların sirri nədədir? An-
drenin bəxti gətirmişdi, buna şübhə ola bilməzdi, təkcə
kabinetindəki cah-calalı görmək kifayət idi. Qırmızımtıl-qızılı
rəngə çalan nadir ağac növündən hazırlanmış, səthi şüşə kimi
parıldayan geniş yazı masasının kənarında iki telefon aparatı
vardı. Yazı masasına bitişik kiçik stol qoyulmuşdu. Üstündəki
aparatda çoxlu düymə vardı. Andre bu düymələrdən birini
basıb katibədən viski gətirməyi xahiş etdi. Hündür pəncərələr,
tavandakı neon lampalar, zövqlə düzəldilmiş rəflər və yüngül
ağacdan hazırlanmış kitab şkafları. Kabinetə başdan-başa göz -
oxşayan, boz-mavi rəngə çalan qalın xalı döşənmişdi. Sözarası
hətta bu əşyaların bir-bir qiymətini söyləməyə də macal tapdı.
Bax Andre belə adamdır. Heç dəyişməyib, həmişə də belə
olub. Dəbdəbəni sevir. Gülməlidir ki, o da mənim kimi Dram -
mendə doğulub, boya-başa çatıb. Bergendə, ya da Olesunnda
doğulsaydı, bəlkə də, belə yaşam tərzinə haqq qazandırmaq
198 olardı.
Andre gözünü ovuşdurandan sonra əlini saçlarına apardı.
Belə adamlar var: barmaqlarını aralayıb saçlarını darasa da,
mədəni görkəmini itirmir. Saçlarını əli ilə tam hamarlaya
bilməsə də, özündənrazı, mənəm-mənəm deyən lovğa
idmançıya bənzəyir. Andre nəinki jurnalist, həm də şair idi.
Müharibədən sonra iki kitabı çıxmışdı. Yeri gəlmişkən, ikisini
də oxumuşam. Yaxşı kitablardır.
– Məsələnin mahiyyətini dərindən araşdırsaq, xoşbəxtlik
deyilən şeyin nə olduğu üzərində az adam düşünüb – Andre
dedi.
Kresloya yayılıb ayağını ayağının üstünə aşırdı. Mən
şalvarıma baxdım. Bu gün səhər ütü çəkilsə də, əzik-üzük idi.
Amma bəzi adamların şalvarı həmişə elə görünür ki, sanki bu