Page 195 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 195
Ulav Nurdro
sahilə yaxınlaş dıq larını görür. Heyvanın onu qayıqdan suya
düşdüyü yerdən sahilə, yəni evinə qədər itələdiyi açıq-aşkardı.
Son zərbəylə heyvan onu çınqılın üstünə tullayır. Mateus
yorğunluqdan bir müddət huşsuz halda yatır. Handan-hana
özünə gəlib evinə yollanır və üst-başını dəyişir. Sonra ikinci
qayığına minib mühərrikli qayığını tapmaq üçün dənizə
qayıdır. Qayıq dənizin cənub burnunda dalğaların üstündə
yırğalanırdı. Onu yedəyinə alıb sahilə çıxarır.
Mateus möcüzəli qurtuluşu barədə təəccüblə düşünürdü.
Suitinin sayəsində indi həyatda olduğuna bir an belə şübhə
eləmirdi. Dənizin ortasında təkbaşına neyləyə bilərdi? Axı o,
suiti gəlməmişdən əvvəl dalğalara təslim olmuşdu. Heyvanın
köməyi olmasaydı, heç vaxt üzüb sahilə çıxa bilməzdi.
Amma əli yaman ağırdı ha, – Mateus yavaşca dedi və
gülümsədi.
Bilmirdim, eşitdiklərimə inanım, ya yox. Əgər Mateus
bunları uydurmuşdusa, onda əla fikirləşmişdi, yox, əgər doğru
idisə, deməli, həyatda hələ də möcüzələr var.
Hər halda, Mateus bu supərisini özünün ikiqatlı gölünün
balıqlarıyla mükafatlandıraraq çox alicənab iş görürdü. Suiti
gecəni onun sahilində keçirir və Mateus tez-tez suitinin
quyruğu ilə suyu yarmasına, onun xal-xal dərisinin qaranlıqda 195
suda aradabir görünməsinə tamaşa eləyir və supərisinin onun
əlindən yemək üçün yenidən üzüb gələcəyi sabahkı günü,
həmçinin sahilə üzüb çınqılın üstündə uzanmasını, axşam
günəşinin onun sulu, bəbirəoxşar solğun dərisində və iri,
sadəlövh gözlərində bərq vurmasını gözləyir.
Qoca dənizçi bundan daha gözəl bir şey arzu edə bilməzdi.