Page 192 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 192

XX əsrin Norveç hekayələri

                   – Nə deyirsən, Allah xətrinə?
                   Cavab gəlmədi. Cavab əvəzinə o, pəncərədən baxdı və sui-
               qəsdçi kimi göz vurdu.
                   Ayağımı sürüyə-sürüyə pəncərəyə yaxınlaşdım. Tələs -
               diyim dən şalvarımı da dal-qabaq geydim. Amma lap vaxtında
               özümü yetirmişdim. Gördüklərimin hallüsinasiya olmadığına
               əmin olmaq üçün uzun-uzadı gözlərimi sildim. Mateus
               dalğanın çəkilməsindən sonra islanmış çınqılın üstündəki
               köhnə balıqçı sandığının üstündə oturub dərisi par-par yanan
               sığallı suitinin ağzına balıqları bir-bir atırdı. Suiti supərisi kimi
               onun dizlərinə sürtünürdü.
                   – Yeni sevgisidi, – Youna Per gülümsədi.
                   Doğru demişdi. Burada, dənizdə hər şey onun düşün cəsi -
               nin fövqündə idi. Heç şübhəsiz, bu dəqiqə Youna Perin beynin -
               dən keçirdi ki, bu suitinin dərisindən yaxşı ayaqqabı altlığı çıxar.
                   Mən isə düşünürdüm ki, insan nə olur-olsun, hətta adam -
               lar arasında tapmasa da, haradasa özünə yaxın bir canlı tapır.
               Burada Mateusun qarabatdaqları, suitiləri var. Suiti balaca kü -
               çük kimi onun əlindən yeyirdi. Mateusun buna necə nail
               olduğu məlum deyildi.
                   Əynimi geyindim və qəsdən ağır addımlarla getdim ki, bu
         192   mənzərəni yaxından görə bilim. Youna Per də məndən geri
               qalmırdı.
                   Yüngül sahil küləyi əsirdi. Hava bizim sahilə yan alıb qoca
               dənizçiyə qonaq gəldiyimiz gündə olduğu kimi həlim və
               aydındı. O qoca dənizçi sərt dalğaların qoynunda uzun səya -
               hətlər etmişdi. Bütün ömrünü əlində sükan tutaraq dalğaların
               qoynunda keçirmişdi. Sonda dalğalar qoca dənizçini bu sahilə
               atmışdı. O dalğalar ona öz balıq payını bölüşə biləcəyi yoldaş
               da göndərmişdi. Qoca dənizçinin burada olması onu buraya,
               sahili ensiz və dostluğu səmimi olan bu yerlərə atan dənizin
               zəfəri idi.
                   Mateus bizim addım səsimizə başını qaldırdı. Elə o andaca
               şappıltı eşitdik, suiti yox oldu. Bir qədər uzaqda, yaşılımtıl
               dalğaların arasından onun insan başına oxşayan başı çıxdı. Bir
               cüt yumru göz qəribə maraqla bizə baxırdı.
   187   188   189   190   191   192   193   194   195   196   197