Page 187 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 187
Ulav Nurdro
Suiti
alıqçı Mateus ömrünün son illərinin hər yayını dənizin
Bdaşlı sahilində keçirirdi. Sahilin eni on iki metrdən artıq
olmazdı. Mateusun balıqçı koması orada idi. Bu ensiz, dörd bir
tərəfi açıq olan torpaq zolağı dəniz səthindən altı metr
hündürlükdə idi. Sahilin qalan hissəsi xeyli aşağıda idi. Ma-
teusun zolağı dənizlə göl arasında bir növ torpaq bənd rolunu
oynayırdı.
Bu göl Mateusun özü kimi qeyri-adi idi. Dəniz suyunun
səviyyəsindən iki metr yarım hündürlükdə yerləşirdi. Suyun
üst qatı şirindi və deyilənə görə orada alabalıqlar yaşayırdı.
Dərinlikdə su duzlu olduğu üçün siyənək balıqlarının məskəni
idi. Bu möcüzəli ikili xüsusiyyətinə görə göl təbiətin ərköyün -
lüyünə borclu idi. Güclü fırtınalar dalğaları vurub kənara
atdıqca gölün şirin suyuna duzlu su da qatışıb. Su ilə bərabər
digər dəniz canlıları da gölə düşüb və beləcə müxtəlif həyat
şərtlərində yaşamağa uyğunlaşmış növ-növ balıqlar eyni su
hövzəsində qarşılaşıblar.
Göl hündür, dik qayaların əmələ gətirdiyi nəhəng çanaqda 187
yerləşirdi. Düşünmək olardı ki, göl bu çökəkliyi daşqınlar
zamanı doldurubmuş.
Çanağın kənarları eynən kəsilmiş kimi, Mateusun zolağına
sarı meyillənirdi və dünyanın ən qısa çayını onu ikiyə bölürdü.
Mateusu ilk dəfə məhz burada görmüşdük. Elə dayanmışdı
ki, elə bil rezin çəkmələrin içindən çıxmışdı. Onun dayandığı
yerdə bir zamanlar beş yüz nəfər əhalisi və öz kilsəsi olan kənd
varmış. Dördəsrlik fırtına və qasırğa kəndi yer üzündən silmiş,
kənd həmişəlik unudulmuşdu. Sükuta qərq olmuş bu tənha
yarımadanın sahilində zaman dərin yuxuya dalmışdı.
Əslində, tamam yatmamışdı.
Dik qayalardan qarabatdaqların, yelbəsərlərin, qütb
ördəyinin və qağayıların səsləri eşidilirdi. Hərçənd quş səsləri
külək vıyıltısının, çınqılla oynayan dalğaların fışıltısının, qısa