Page 190 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 190
XX əsrin Norveç hekayələri
gəlməyə başladı. Biz tələsik müşahidə postumuzu tərk elədik.
İstəmədik ki, Mateus bizi qeyri-ciddi adam kimi tanısın. O,
qonaqpərvər ev yiyəsi idi və onu güddüyümüz üçün bir az
utandıq.
Mateus evə girdi. Əlində boş, dəmir kasa vardı. Kasanı bir
küncə qoydu və heç bir şey olmamış kimi bizə kömək eləməyə
başladı. Əslində, doğrudan da, heç bir şey olmamışdı. Dərin
sükut içində yeməyimizi yedik, sonra nəcib qonağa yaraşan
tərzdə onun balıqlarını təriflədik, hərçənd biz də onunla
birlikdə balığı tordan çıxarmışdıq.
Nahar başa çatdı və qəhvəmizi içəndə Mateusdan bir az
bu yerlər barədə danışmasını xahiş elədim.
Dedi ki, məlumatı o qədər də çox deyil, amma yaxın
ərazidə bir neçə köhnə tikilinin olduğunu bilir, ya 1500, ya da
1600-cü ildə tikilib. O zamanlar insanlar balıqlara daha yaxın
ərazilərdə məskunlaşırdılar. Axı onda qayıq yeni kəşf edilmişdi.
O qayıqlarla uzaqlara üzməməyə üstünlük verirdilər. Hava
qəfildən dəyişə bilərdi və onda fəlakətdən qurtulmaq olmazdı.
Bir zamanlar bu sahillərdə indikindən daha çox balıqçı məskən
salmışdı.
– Burada yaşayanlar kimdilər?
190 – Necə yəni kimdilər? Hər cür adam vardı. Bəlkə də, bu -
nun qohumlarıydı, – deyə laqeyd halda başı ilə Youna Peri
göstərdi.
Youna Per əsl təbiət oğludu, meşələrə, dağlara, oradakı
sərbəstliyə alışıqdı, keçmiş haqqında söhbətlərə xüsusi meyli
yoxdu, buna görə də Mateusun fərziyyəsini nə təsdiq, nə də
inkar eləyə bilmədi. Əvəzində Mateusun bıçağındakı gümüşü
halqaya böyük maraqla baxırdı, çünki belə şeylərə həvəsi vardı
və yəqin ki, ona xəncərinin qəbzəsini bəzəyən oymaları
xatırladırdı.
Mateusun yanına gəlməyə hazırlaşanda yerli sakinlərdən
bizi qayıqla gətirmələrini xahiş eləmişdim, amma arzu edən
tapılmamışdı. Buradakı köhnə qəbiristanlıqda yaşayan xəyalat -
dan qorxurdular.