Page 189 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 189
Ulav Nurdro
də (masada, kətildə, hər şeydən də çox dayaq tirlərində) – iz
qoymuşdu.
Bir neçə gün sonra oturub oradan-buradan danışırdıq.
Birdən Mateusdan soruşdum ki, buralarda tək-tənha yaşamaq
darıxdırıcı deyil? Ətrafda dənizdən və qayalardan başqa heç
nə yoxdu, danışmağa, hərdən dalaşmağa bir nəfər də tapılmır.
Tək-tənha? Boş şeydi. Balıqların və quşların arasında
özünü heç vaxt tənha hiss eləmir. O, dənizin hər tərəfini
dolaşıb, çoxlu ölkələr və şəhərlər görüb və heç yerdə özünü o
ölkələrdəki kimi tənha hiss eləməyib. Burada qarabatdaqlar,
qağayılar və suitilər ona yoldaşlıq eləyirlər. Burada lazım olan
hər şey var. Bax belə.
Əvvəlcə onun, heyvanat aləminin məhz hansı nümayə n -
dələrini sadaladığına xüsusi əhəmiyyət vermədim, amma
sonda o sözlərin boş yerə deyilmədiyinə əmin oldum.
Mateusun iki qayığı vardı. Biri dəniz kənarında, o birisi isə
göldə. Biz torları yoxlamaq üçün gölə getdik. Tor ağzına kimi
müxtəlif balıqlarla dolmuşdu.
Ovumuzu çıxarıb evə gətirdik və nahar hazırlamağa giriş -
dik. Youna Perlə mənim başım nahara qarışdığı müddətdə Ma-
teus harasa yoxa çıxdı və uzun müddət qayıtmadı. Mən onun
hara getdiyini görə bilmək üçün çirkli pəncərələrdən boylanır - 189
dım və nəhayət, onun dənizin sahilində olduğunu gördüm.
Özünü aparmağı mənə bir az qəribə gəldi və bunu Youna Perə
də dedim. Biz pəncərənin çirkini təmizlədik və iki vaşaq kimi
gözlərimizi zilləyib Mateusa baxmağa başladıq. Mateus
nəyinsə üzərinə əyilmişdi və deyəsən, öz işiylə bərk məşğuldu.
– Balıq çıxarır, nədi? – Youna Per dedi.
– Sən uzağı yaxşı görürsən. Ayağının altındakını seçə
bilmirsən? – deyə mən soruşdum.
Youna Per ağzında çeynədiyi tütünü bir damağından o
birinə ötürüb ağır-ağır başını buladı:
– Mənim düşüncəmin fövqündə olan bir şeydi.
Onun “düşüncəsinin fövqündə olan şeyin” nə olduğunu
öyrənməyə imkan tapmadım, çünki Mateus sürətlə evə tərəf