Page 191 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 191
Ulav Nurdro
– Boş-boş uydurmadı, – Mateus donquldandı.
– Qəbiristanlıq da uydurmadı?
– Yox, qəbiristanlıq var, – Mateus təsdiq etdi.
Qəbiristanlıq çayın o biri tərəfində idi və orada Mateusdan
başqa heç kim olmamışdı. Hündürboy, kürənsaçlı, eybəcər
qulaqları, iri əlləri olan, üzü çillə örtülmüş Mateus irəlidə
qəbiristanlığa tərəf addımlayırdı. Hər tərəfi bürümüş sıx otlar-
dan, qəbiristanlıq, demək olar ki, görünməz olmuşdu. Adda-
budda boy göstərən bozumtul sünbüllər küləkdən əyilmişdi.
Belə bir yerdə sünbüllər adamda qəribə təəssürat yaradırdı.
Mateus belə düşünürdü ki, buğda toxumu bura gəmilərin
qırıntıları ilə düşüb. Mənə maraqlı gəldi. Görünən o idi ki, canlı
olan hər şey bu qədim ölülər yurdunda özünü çox gözəl hiss
edir. Üstü sünbüllər, çiçəklərlə örtülmüş müqəddəs torpağın
altında mərd insanlar uyuyurdu. Onlar buralarda, düz dənizin
sahilində məskunlaşmışdılar ki, burada da ölsünlər. Müka -
fatları da tənhalıq olub; insanı həm başdan çıxaran, həm də
qorxudan tənhalıq. Və məhz burada, çınqıl və torpaqla örtülü
bu ensiz zolaqda Mateus tənhalıq içində varisliyi onlardan
qəbul edib.
Bu kraterdən, qocaman dağların əmələ gətirdiyi çanaqda
zaman-zaman qopan odlu qasırğa ilə müqayisədə minlərlə 191
atom bombası nədir ki? Qasırğadan sonrakı sakitlikdə zaman
öz qaydalarını ortaya qoyurdu – buranın yeni həyatı, silinib
gedən, məzarlarda çürüyən insanlar barədə şərtlərini diktə
edirdi. İndi bu otları, bu sünbülü belə sevgiylə qidalandıran da
o insanlardı.
Mateusun tənhalığı mənə düşünmək üçün yeni fikirlər
verdi. Yaxın dostun olmadan yaşamağın mümkün olub-
olmadığını düşünürdüm.
Bazar ertəsi Youna Per məni yuxudan oyatdı:
– Dur ayağa, bəsdi yatdın! İndi mənə hər şey aydındı!
– Nə aydındı?
– Get özün bax. Çoxdan şübhələnirdim.
Ağzını geniş açıb gülümsədi.