Page 185 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 185
Odd Eydem
ölkələrini televiziya filmləri ilə təmin edən firmanın səlahiy -
yətli nümayəndəsi idi. “Mən bütün qəlbimlə reklam veril m -
əsinin tərəfdarıyam, – o, mənə dedi. – Amma bəzən müəy yən
çətinliklərlə üzləşməli oluram. Məsələn, ötən il bir qaz
kompaniyası bizdən bir film aldı. Nasizmdən bəhs edən film
idi. Amma bu sövdələşmə böyük qalmaqalla nəticələndi. Az
qala, bizi məhkəməyə verib, təzminat tələb edəcəkdilər.
Bilirsiniz,filmdə faşistlərin qaz kameraları, orada insanların
öldürülməsi səhnələri nümayiş etdirilir. Təbii ki, belə şeylər
qaz kompaniyasını narahat edir. Buradan belə nəticə çıxır ki, –
ekspert istehzayla qımışdı, – məhsulunuzu satarkən çox
ehtiyatlı davranmalısınız”.
Amma bunları on dörd kommivoyajerə danışmadım.
Onsuz da, sağalırdım, kefim kök idi, onlara ilişmək istəmirdim.
185