Page 238 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 238
XX əsrin Norveç hekayələri
Toz dumanı xeyli irəlidə görsənirdi. Dəstəni başdan-başa
bürüyən ağ duman indi cənuba burulan və yenə çay boyunca
uzanan yolda onlarla birgə gedirdi.
Qoca nəvəsini qollarının üstündə aparır, yaşıl otluqda
inamsız addımlarla, yorğuncasına irəliləyirdi. O, arxada əsgər
çəkmələrinin tappıltısını eşidirdi, amma bir dəfə də olsun, geri
qanrılmırdı.
Qaynar qurğuşun parçaları bədəninə işləyəndə oğlan atəş
səsi eşitmədi, ağrı da hiss etmədi.
Qoca dizi üstə torpağa yıxılanda oğlanın barmaqları
aralandı və otun üstünə nəsə düşdü. Bu, qırmızı kərpic parçası
idi.
238