Page 240 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 240
XX əsrin Norveç hekayələri
Felisiya xalanın pişiyi
ayız gəlmiş, təbiətin rəngləri soluxmuş, yaşlı Felisiya
Pxala da saralıb-solmağa başlamışdı. Bəzən elə bərk
öskürürdü ki, elə bil səs-küy salan payızın özüdür.
Bununla belə, o, tezliklə dünyasını dəyişəcək adama oxşa -
mırdı. Qızıl suyuna çəkilmiş hündür söykənəcəkli kresloda
əvvəlki qaydada, qamətini şax tutub, şam kimi dümdüz otu-
rurdu. Həmişə burnunu dik tutub gəzir, arıq üzündən təkəb -
bürlü ifadə əskik olmurdu. Tor görsə də, hərdən gözlərində
sanki şimşək çaxırdı. Elə bil demək istəyirdi ki: “Mənə kələk
gələ bilməzsiniz!”.
Kim ona kələk gəlməyə cəsarət edərdi? Felisiya xala böyük
daş evdə tək yaşayır, Şah adlı çirkin pişikdən savayı, heç kimlə
oturub-durmurdu. Qonşular deyirdi ki, əslində, bu, pişik yox,
insandır: cavanlıqda sevgili olublar, sonra xəyanətə görə qadın
onu tilsimə salıb, pişiyə döndərib.
Felisiya xala varlı-hallı qadın idi. Doğrudur, yaşlı, sonsuz
qarılar haqqında həmişə belə deyirlər – iynədən başqa heç
nələri olmasa da, hamı onları varlı sayır. Amma Felisiya xala,
240
doğ rudan da, varlıydı – qiymətli kağızlar, ev, torpaq sahəsi,
bahalı mebel… Onun rəsm kolleksiyasına çoxları həsəd apa -
rırdı. Özü də, dediyim kimi, tək yaşayırdı, uşağı yox idi, doxsan
yaşına çatmağına lap az qalırdı.
Felisiya xalanın ən yaxın varisi – bacısı oğlu idi. Xalasının
həkimlərə düşdüyünü eşidən bacıoğlu son vaxtlar onun
yanından əl çəkmirdi… Bacıoğlunun və ailəsinin onu tez-tez
ziyarət etməsi əsl fədakarlıq idi – axı uzaqda yaşayırdılar, düz
üç saat yol gəlir, iki avtobus dəyişməli olurdular.
Bacısı oğlunun adı Peter Qreqers idi: o, qatran ticarəti ilə
məşğul olan firmada şöbə müdiri işləyirdi. Arvadının adı Alisa
idi. Alisa həmişə hər şeydən narazıydı, elə hey donquldanırdı,
deyirdi ki, firma Peterə az maaş verir. Üstəlik, Peterin
barmaqlarının ucunda həmişə qatran ləkələri olurdu; hər