Page 245 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 245
Terye Stigen
– Axı mən haçansa xəstə baxıcısı olmaq istəmişəm, – Alisa
özünü eşitməzliyə vurdu. – Onda hələ Peterlə tanış olma -
mışdım. Xalacan, yadındadır, bir dəfə barmağına tikan
batmışdı, onu mən çıxardım?
– Yox, yadımda deyil. Mənim barmağıma tikan-zad batma -
yıb. Yalnız sarsaq adamların barmağına tikan batır.
Felisiya xalanın ürəyini ələ almaq mümkün deyildi. Elə bil
daşdan, dəmirdən idi.
– Uşaqlar səninlə vidalaşmaq istəyir…
Fru Alisa elə mülayim danışırdı ki… O, səliqəli-ütülü pal-
tarlar geyinmiş qızlarını çarpayıya doğru itələdi. Uşaqlar ürkək-
ürkək təzim etdilər.
Amma bu təntənəli məqamda həmin iyrənc pişik yataq
otağına girdi. Pişik birbaşa qarının çarpayısına tərəf gəldi,
hoppanıb döşəyin üstünə çıxdı və uzanıb yerini rahatladı.
– Əziz Şah, – Felisiya xala pişiyi sığallamağa, əzizləməyə
başladı, – səninlə gözəl günlər keçirmişik, elədir? Qoy bizi tək
buraxsınlar, səninlə çox şeylər barədə danışmalıyam.
Qreqerslər xəstənin otağından çıxdılar. Özünü təhqir
olunmuş sayan fru Alisa qoca pişiklə rəqabət apara bilməyən
uşaqlarını əyri-əyri süzürdü. Ailəliklə böyük evi dolaşıb, hər
şeyi yaxşı-yaxşı nəzərdən keçirdilər. Felisiya xalanın evində 245
otaq çox idi: kefin istəyən qədər gəz, tamaşa elə.
Bir saatdan sonra həkim yataq otağından çıxdı. Bu dəfə
üzü gülmürdü.
– Fryöken Felisiya dünyasını dəyişdi, – həkim gözlüyünü
düzəldib dedi. – Vəsiyyət etdi ki, Şahın qeydinə qalasınız.
Pişikdən muğayat olmağı tapşırdı.
– Hə, əlbəttə, – mütəəssir olmuş Peter cavab verdi, –
əlbəttə, zavallı pişik…
Pişiyi mətbəxdən tapdıqları zənbilin içinə qoydular. Alisa
və Peter zənbili birlikdə götürdülər.
– Taksi tutaq, – Alisa dedi, – bu iyrənc məxluqu əlimdə
aparmaq istəmirəm!
Düz bir həftə pişiyə dözdülər. Sonra Alisa dilə gəldi: “Bəs -
dir”.