Page 249 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 249
Siqbyörn Holmebakk
Sveygensli Birte
lin ən tutqun günü idi. Sveygensli Birte həmişəkindən
İgec oyandı. Qışda saat altıya kimi yatırdı, amma indi
vaxtı az idi, tələsməliydi. Sabah Milad axşamıdır, yanında
uyuyan nəvəsi Siqvalla birgə şəhərə getməlidir. Özləriylə heç
nə götürməsələr, iki saata yaxın yol getməlidirlər. Amma onlar
şəhərdə satmaq üçün hərəyə bir tay saman aparmalıdırlar.
Onun zənninə görə, şəhərə təxminən üç saatdan sonra çata
bilərdilər.
O, səslər dünyasında yaşayırdı: öskürək səsi, xorultu,
mətbəxdə siçan ciyiltisi. Amma bu səslərdən oyanmamışdı –
onları yatanda da eşidirdi. Bu səsləri eşidəndə həmişə
kədərlənirdi. Çünki bu səslər ona təsərrüfatının dağılıb-get-
diyini xatırladırdı. O artıq işlərin öhdəsindən təkbaşına gələ
bilmirdi. Xüsusən də qış ayları çox ağır keçirdi; ac inəklər
tövlədə böyürür, dərədən əsən güclü cənub-qərb küləyi köhnə
daxmanın divarlarını titrədirdi. Amma yenə də ümidsizliyə
qapılmırdı. Bütün bunlar onun üçün adi hal idi. Ürək döyün-
tüsü kimi. Yaşlı, arıq-quru qadın revmatizmdən əziyyət çəkirdi, 249
amma ürəyi sağlam idi. Qəribə bir əyləncəsi vardı: gecələr
yataqda ürəyinin döyüntüsünə qulaq verir, dinləyirdi. Ürəyini –
etibar etdiyi, bel bağladığı yeganə dostu sayırdı.
Neyləmək olar, uşaqlardan savayı, ona arxa-dayaq olacaq
heç kəsi yox idi. Siqvalın vur-tut on yaşı vardı, onun bacıları isə
hələ dörd və altı yaşındaydılar. Gəlini Tunette o biri otaqda
yatırdı. Gəlin xırıltılı səslə elə bərkdən öskürürdü ki, elə bil
külək uğuldayır.
Birte yorğanın altında qurcalandı, revmatik ağrılar sol
ombasını və ayağını incidirdi. “Kaş heç olmasa sağ ayağım
ağrıyaydı”, – hirsini güclə boğurdu. Bilirdi ki, ayağa qalxıb
yeriməyə başlayan kimi ağrıları azalacaq, amma yerindən
durmağa tələsmirdi. Yola çıxmamış evdə görüləsi işlər barədə
fikirləşirdi. Bədəni yalnız səhərə yaxın isinmişdi. Soyuq ev