Page 252 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 252
XX əsrin Norveç hekayələri
Kökələrdən birini götürdü. Bir neçə kartofu isə qazanın
dibində qaşıqla əzdi, üzərinə bir az ilıq su əlavə etdi. Sonra
kökəni doğradı, bunların hamısını qarışdırıb odun üstünə
qoydu.
Öz otağına keçib Siqvalı oyatdı. Siqval dərhal gözlərini açdı.
– Gedirik? – o, sayıqlayırmış kimi qışqıraraq yerindən dik
atıldı.
– Əlbəttə, gedək, – qadın gümrah səslə cavab verdi. Siqval
onun sevimli nəvəsi, yeganə ümid yeriydi; onunla daha
mehriban davranırdı.
Kiçik dəhlizdə o, divardan asılmış fənəri götürüb silkələdi
ki, görsün nə qədər ağ neft qalıb. Əlində hazır tutduğu kibriti
yandırmadı, hiss olunurdu ki, tərəddüd edir. Sonra fənəri
yerinə asdı. O, yola çıxanda lazım olacaqdı.
Həyətə çıxıb soyuq havanı ciyərlərinə çəkdilər. Açıq hava
adamın əhvalını dəyişdirir. Evin dəhşətli ab-havası bircə anda
çəkilib getdi. Səma buludsuz idi, körfəzdən zəif dəniz və yosun
qoxusu gəlirdi. Yəqin, dəniz xay idi, yoxsa sahilə çırpılan
dalğaların səsini eşidərdilər. Xutor düz körfəz başlanan yerdə,
sıldırım yüksəklikdə yerləşirdi. Belə ki, sahildə yaşayanlar
xutorluları, “Tanrının qonşuları” adlandırırdılar. Yerlilər yamac -
252 dakı evi kənardan gələnlərə göstərib deyirdilər: “Orada svey-
gensli Birte yaşayır, əri öləndə heç otuz yaşı da yox idi…”
Onun haqqında həmişə hörmətlə danışırdılar, deyirdilər
ki, bütün işlərini özü görür, heç kəsə yük olmur. Əvvəllər belə
söhbətlərdən xoşu gələrdi, amma indi vecinə deyildi. Oğlu
dünyasını dəyişəndən sonra qayıq ona lazım deyildi, qonşulara
da biganəydi. Bəzən aylarla heç kimi görmür, heç kəslə kəlmə
kəsmirdi.
O, pəyənin qapısını açan kimi düyə ayağa qalxdı, qoyunlar
qaranlıqda astadan mələşməyə başladılar. “Yaxşı, yaxşı”, –
Birte uşaqlarla danışırmış kimi mızıldandı. Yem qıtlığı
çəkmədiyi vaxtlarda pəyəyə gəlməyi xoşlayırdı. “Otumuz var,
kifayət qədərdir, lazım olduğundan da artıqdır”, – boş axurun
yanın dan keçəndə fikirləşdi. Əvvəllər buraya da inək bağla -