Page 254 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 254
XX əsrin Norveç hekayələri
quruş qazanmaq olar. Şəhərə boş əllə getməyəcəklər. Əvvəllər
samana da qənaət edirdilər, amma bu il kifayət qədər yem
toplayıblar, bir hissəsini sata bilərlər.
Hələ ki, güclü ehtiyac hiss etmirdilər. O, təkrar-təkrar
evdəki ərzaq ehtiyatı haqqında fikirləşirdi: kartof, bir neçə
siyənək balığı… Ən pis halda qoyunlardan birini satmalı ola-
caqlar. Tunette öləndə qoyunları mütləq satmalı olacaq – dəfni
yola vermək üçün pul lazımdır. Yamanın yaman günündə, nə
qədər alçaldıcı olsa da, kömək üçün müraciət eləyə bilərdilər.
Kasıblar üçün kassa! Amma bu fikri yaxın buraxmaq istəmirdi.
Hazırda buna ehtiyac yoxdur, ümumiyyətlə, bu barədə söhbət
gedə bilməz!
Vedrəylə çəlləkdən su götürdü. Çəlləyi hələ dünəndən
doldurmuşdu ki, su bir az isinsin. Düyənin yanında ayaq saxla -
dı. Düyə fevralda doğacaqdı. Heyvan qurtum-qurtum su
içdikcə qarnındakı dölün tərpənişini gözlə görmək olurdu.
Birte dodağının altında nəsə mızıldanaraq, düyəni tumarla -
mağa başladı. Dölün tərpənişi gələcəyə ümidlərini artırırdı,
təki düyəyə heç nə olmasın.
Saman taylarını dünəndən hazırlamışdılar. Birte böyük tayı
götürəcəkdi, Siqval kiçiyini. Birte elə hey fikirləşirdi ki, görəsən,
254 tayı aparmaq oğlan üçün çətin olmaz ki? Amma oğlan o qədər
israr etdi ki, Birte onunla razılaşmalı oldu. Onu inandırmaq
çətin deyildi. Hər şey yaxşı olacaq, həm də oğlan ağır şeyləri
daşımağa öyrənməlidir.
Qadın ağır yükün altında əyilə-əyilə süpürgə kollarının
arasında güclə sezilən dar qoyun cığırında ehtiyatla addım -
layırdı. Fənəri özündən bir az aralıda tutmuşdu ki, arxa da
gələn Siqvalın da yolunu işıqlandırsın. Birte onun necə ağır-
ağır nəfəs aldığını eşidirdi. Bəzən oğlan dala qalırdı, onda o,
ayaq saxlayıb, addım səslərini eşidənəcən gözləyirdi.
Birte bu çöllükdəki hər daşı, hər ağacı tanıyırdı, burada
onun üçün yeni heç nə yox idi. Əslində, fənərə də ehtiyac yox
idi. Üstü qırov bağlamış otlar ağappaq görünürdü. Daşların və
ardıc kollarının kölgəsi sısqa axan çayın o biri sahilinə düşürdü,