Page 255 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 255
Siqbyörn Holmebakk
aşağıda daşların arasındakı buz parçaları mavi-ağ rəngə çalırdı.
Fənərin zəif işığında bu mənzərə çox qəribə görünürdü. Yaxşı
ki, Siqval yanındadır, yaxşı ki, tək deyil.
Ən çox qorxduğu şey – tək qalmaqdı. Hər şeyə dözməyə
hazır idi – ağır əməyə, aclığa, soyuğa, o, bugunkü günlə
yaşayırdı, bilirdi ki, həmişə çıxış yolu tapacaq. Təki yanında
kimsə olsun.
O, irəlidə addımlayırdı, bu cığırı ovcunun içi kimi tanıyırdı.
Siqval yaşda olanda, atasıyla birgə bu cığırla çox gəlib-
getmişdi. Sonralar əriylə birlikdə şəhərə gedəndə, itən
qoyunları axtaranda həmişə bu cığırdan istifadə edirdilər. Əri
həmişə irəlidə gedirdi. Birte Milad axşamından bir gün qabaq
bu cığırla getdiklərini xatırlayırdı. Çöllük ərazidən keçib-
getməliydilər, çünki körfəzdən şiddətli külək əsirdi. Apardıqları
yükü də yaxşı xatırlayırdı: buzov cəmdəyi, yarım baş pendir,
hər biri yeddi futdan çox olan iki çəllək yağ. Bunların hamısını
əri götürmüşdü. Onun özü isə belində iki kisə yun aparırdı.
İlahi, onda yükü necə də yüngül idi! Amma geriyə qayıdanda
ağır zənbili güclə götürmüşdülər. Zənbil ağzınacan un, yarma,
qəhvə ilə dolu idi. Hətta şəkər də almışdılar! Deyəsən, daha
nəsə almışdılar, amma indi nə qədər cəhd eləsə də, xatırlaya
bilmirdi. Hə, yadına düşdü: xurma da almışdılar. Yolüstü xurma 255
almış, elə oradaca dadmışdılar. Hələ də xurmanın dadı
damağından getməyib. Şirin şeyləri xoşlayır. Onda əri zarafatla
demişdi ki, xurma tənbəki dadır.
İndi onların heç biri yoxdur, hamısı ölüb, o, demək olar,
hamısını unudub. Üç il əvvəl dünyasını dəyişmiş böyük
oğlundan savayı. Cəmi beş uşaqları vardı – üç oğul, iki qız. Əri
cavan yaşında dənizdə həlak olmuşdu. Haugesunna boş çəllək
daşıyan qayığa minmiş, bir daha evə qayıtmamışdı. Görənlər
danışırdı ki, sahilboyu boş çəlləklər üzür. Bir-birinin ardınca
uşaqlarının öldüyünü görmüşdü, öz gözləri ilə görmüşdü deyə
onların öldüyünü bilirdi. Amma ərinin ölümünə inana bilmirdi.
Yanağından qan daman, qüvvətli, sağlam kişi gözlərinin
önündən çəkilmirdi. O, körfəzin sahilindən bir kisə unu belinə