Page 253 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 253
Siqbyörn Holmebakk
yardı. O inəyi keçən yay itirmişdi. Birte ilə Siqval inəyi bir neçə
gün axtarmış, yalnız səmada dövrə vuran quşların sayəsində
tapmışdılar. İnəyin ayağı sürüşüb körfəzin sahilindəki uçuruma
yuvarlanmışdı. Uçurumun dibinə enmək mümkün deyildi –
Siqval inəyin boğazındakı kəndiri belə açıb götürə bilmədi.
İnək, daha doğrusu, onun qalıqları hələ də oradadır. Həftələrlə
qarğalar bu yerin üzərində uçuşur, inəyi Birtenin yadına salırdı.
Hər dəfə yamacda dayanıb, iyrənc quşların cəmdəyi
dimdiklədiyinə baxanda Birtenin ürəyi bulanır, başı hərlənirdi,
ona elə gəlirdi ki, axırı çatıb. Siqval ağlayırdı. Onun özü də göz
yaşlarını güclə saxlayırdı. Bilirdi ki, göz yaşlarının ona köməyi
dəyməyəcək. Ağlamağa vərdiş elədinsə, dayana bilməyə cək -
sən. Ondansa, yıxılıb ölmək yaxşıdır.
İnəyin ölümü – ağır dərddir. Hər dəfə boş axurun yanından
keçəndə ürəyi sızlayırdı, amma ümidsizliyə qapılmır, ruhdan
düşmürdü. Yerə atılıb qalmış zənciri görəndə hirsini güclə
boğsa da, özünü elə aparırdı ki, guya yalnız ölən inəyin
boğazındakı kəndir barədə düşünür. Elə yaxşı kəndir idi ki…
O, Tanrıya inanırdı, tapdığı yeməyə və sağlamlığına görə
ona şükür edir, hər axşam dua oxuyurdu. Ondan yalnız xırda-
para şeylər xahiş edirdi. Bilirdi ki, onu boş şeylərə görə narahat
etmək olmaz. Tanrı inəyi yenidən həyata qaytarası deyildi ki! 253
Odur ki, hirsindən taleyinə qarğış eləyir, söyüş söyürdü. Onu
da bilirdi ki, söyüş söymək yaxşı əməl deyil, küfrdür. Bu,
müəyyən mənada, gizli sözləşmə kimiydi, o, qarğış eləmək
haqqını özündə saxlayırdı. Çünki hiss edirdi ki, artıq başqa heç
nə kömək eləmir.
O, qaranlıqda ehtiyatla hərəkət edərək, düyəyə və qoyun-
lara ot verdi. Hərəsinə bir az. Kifayət qədər otu vardı, amma
yenə də qənaətlə işlədirdi. Mart-aprel aylarında qonşulardan
kimsə yem sarıdan qıtlıq çəkməyə başlayacaq, onda ona bir-
iki araba ot satmaq olar. “Onda başa düşəcəklər ki, ot-ələf
ehtiyatı nə deməkdir” – indidən sevinməyə başladı. Hələlik isə
bu gün Siqvalla birgə şəhərə saman satmağa getməliydilər.
Saman elə də yaxşı satılan matah deyil, amma yenə də qəpik-