Page 258 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 258

XX əsrin Norveç hekayələri

               baxıb gülümsəyirdilər. Buzun parıltılı səthində sürüşən saman
               tayı küləyin səsinə bənzər səslər çıxarırdı. Bəzən taylar nəyəsə
               ilişirdi, fənəri qaldırıb baxanda kələ-kötür ağac köklərini
               görürdülər. Bir azdan saman tayları gölün sahilinə toxundu,
               onları yenidən bellərinə almalı oldular.
                   Birte hiss edirdi ki, evdən uzaqlaşdıqca gücü tükənir.
               Ayaqlarının sızıltısı şiddətlənmişdi, beli ağrıyırdı, kəndir çiynini
               kəsirdi. “Deyəsən, qocalıram, – kədərlə düşündü, – lap əldən
               düşmüşəm!” Ürəyinin dərinliklərində etiraz hissi baş qaldırdı.
               Özü də bilmirdi kimə, nəyə etiraz edir. “Mən bu saman
               taylarını hara aparıram? – donquldandı. – Bu lənətə gəlmiş
               saman nəyimə lazımdır axı?”
                   Amma bu, çox çəkmirdi. Öz gücsüzlüyündən utanır, özünü
               toparlamağa çalışırdı. Artıq ağrılarını hiss etmirdi. Gecə revma-
               tizm onu yatmağa qoymamışdı. İndi ağrısı yox idi, amma
               yorğunluqdan bütün bədəni sızıldayırdı. “Yerimək uzanmaq-
               dan yaxşıdır”, – öz-özünə fikirləşdi.
                   Siqval üçün daha çətin idi. Birte onu qabağa buraxmışdı
               ki, onunla ayaqlaşa bilsin. Amma o, çətinliklə yeriyirdi, tez-tez
               süpürgə kollarına ilişib yıxılır, Birte yaxınlaşıb kömək eləməsə,
               ayağa qalxa bilmirdi.
         258       – Bəlkə, yükünü azaldaq? – Birte soruşdu.
                   – Yox, – oğlan dişlərini bir-birinə sıxdı. Solğun işıqda onun
               sifəti elə balaca görünürdü ki… Fənəri çoxdan söndür -
               müşdülər. İndi fənəri cənubda, dağların üzərində parıldayan
               günəş əvəz edirdi. Ətrafa səssizlik çökmüşdü, hər şey hərə -
               kətsiz idi, otların saplağı belə tərpənmirdi. Haradansa uzaqlar-
               dan balta səsləri gəlirdi. Bu, Titlann xutoru olmalıydı. Həmin
               xutor təxminən yolun yarısında yerləşirdi. Xutordan keçib-
               getməli olacaqdılar, başqa yol yox idi.
                   Titlann və Sveygens sakinləri bir-birini düşmən gözündə
               görürdülər. Birte onların evinin yanından keçəndə hamısı
               gizlənir, üzə çıxmırdılar. Hamısı da ona görə ki, bir dəfə Birte
               xutor sahibini ot oğurluğu üstündə yaxalamışdı. İndi xutorun
               yanından keçib-gedərkən, özü də utanırdı.
   253   254   255   256   257   258   259   260   261   262   263