Page 262 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 262
XX əsrin Norveç hekayələri
titrəyirdi. O, əlini közə uzatdı, dəhşətli isti sanki onu yuxudan
ayıltdı. Sveni öz əkin sahəsinin kənarında güddüyü vaxtları
xatırladı. İki gündə iki tay ot yoxa çıxmışdı. Buna əmin idi, çünki
bir gün əvvəl tayları saymışdı. Onları kimin oğurladığını da
təxmin edirdi. Gecənin qaranlığında kiminsə kölgəsini gördü.
Gördü ki, kimsə dərz qalaqlarının arasında dolaşır, onları bir-
bir əliylə yoxlayır. Sonra kabus kəndir çıxarıb, dərzə bağladı.
Birta səbirlə oturub gözləyirdi, o, ot tayını belinə alanda
sakitcə ona yaxınlaşdı. Lap yaxına gəldi. Sven yalnız bundan
sonra onu gördü. Birte nə qədər ki yaşayır, onun baxışlarını
unutmayacaq. “Arxamca gəl!” – qarı irəli düşüb xutora sarı
addımladı. “Nə istəyirsən? – Sven donquldandı, – başa
düşmürəm, sənə nə lazımdır?” O, ağlamsınmış səslə danışırdı.
“Sənə yemək vermək istəyirəm!” – Birte mətbəxə girdi. Sven
kirimişcə süfrə arxasına keçdi. Birte süfrəyə yağ, çörək, süd və
pendir qoydu. Evdə nə yoxdu ki? İndi xatırlayanda inanmağı
gəlmir. “Nə istəyirsən məndən? – Sven zarıdı. – Sənin yeməyini
yeyə bilmərəm!” O ağlamağa başladı. “Ye!” – Birte onunla
üzbəüz oturdu. Çörəyi götürəndə Svenin əlləri əsirdi. “Çörəyə
yağ sürt!” – qarı əmr elədi. Sven çörəyi çeynəyir, udurdu.
Daya nanda qarı ona tərs-tərs baxır, onda Sven yenidən çeynə -
262 məyə başlayırdı.
Bu hadisədən sonra onlar dəfələrlə rastlaşmış, söhbət elə -
mişdilər. Amma hər dəfə Sven gözünü qaçırır, harasa kənara
baxırdı. Amma indi düz Birtenin gözünün içinə baxır, ona süd
və çörək təklif etməklə onları alçaltmaq istəyirdi. Birte cavan
olsaydı və ya oğlu ölməsəydi, yaxud satmaq üçün şəhərə yağ
və dana əti aparsaydı, Sven onu alçaltmağı ağlının ucundan da
keçirməzdi.
Əvvəllər nifrət hissi Birteyə gümrahlıq gətirir, cavan və
güclü olduğu vaxtları yadına salırdı. Onda həyat üzünə gülür -
dü. İndi isə Svenin riyakar, oğru sifəti yadına düşəndə qorxu -
yabənzər hisslər keçirirdi. “Hər şey alt-üst oldu!” – qarı qəm
dəryasına qərq olmuşdu. Ocağın işığında öz əllərinə baxır,
onda Svenin əllərinin necə əsdiyini xatırlayırdı. Amma xatirələr
əvvəlki gücünü itirmişdi, indi o yalnız öz əllərini görürdü.