Page 264 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 264
XX əsrin Norveç hekayələri
saman da var!” Alverçi cavab verirdi: “Çox yaxşı, döşək salmaq
üçün bizə saman lazımdır”. Bəzən deyirdilər: “Samanı anbara
aparın, bizə lazım olacaq”.
İndi onlar cəmi iki saman tayı gətirmişdilər. Birte gördü ki,
şəhərdə onlara məhəl qoyan yoxdur. Əlində bağlama olan bir
qadın Siqvalın apardığı saman tayına toxundu və üst-başını
təmizləyə-təmizləyə onların arxasınca deyindi: “Belə iş olar?
Siz hər yeri çirkləndirirsiniz!” At-arabayla rastlaşanda divara
qısılıb yol verirdilər. “Yanımdan ayrılma!” – Birte nəvəsini
gözündən kənara qoymurdu.
Nəhayət, alverçinin dükanına gəlib çatdılar. Evin arxasında,
yük anbarı ilə dənizin arasında boş sahə vardı. Saman taylarını
oraya qoydular. Burada at-araba əlindən tərpənmək olmurdu.
Anbarda bir neçə cavan oğlan yeşikləri sındırır, yaşlı kişi isə
taxta parçalarını dənizin sahilindəki ocağın yanına daşıyırdı.
– Bura, onsuz da, zir-zibillə doludur! – kişi onları görən
kimi ucadan deyinməyə başladı. Sonra yaxınlaşıb saman
taylarına baxdı. Onları əliylə yoxladı.
– Burada yer yoxdur, – bu dəfə yumşaq səslə əlavə etdi. –
Başqa yer tapın.
– Biz onları satmaq istəyirik, – Siqval tövşüdüyü üçün
264 sözləri güclə tələffüz edirdi.
– Satmaq istəyirsiniz? – fəhlə dükana sarı boylandı. – Bunu
sifariş ediblər?
– Əvvələr samanı burada satırdıq, – Birte cavab verdi, –
məgər Milad bayramı üçün sizə saman lazım deyil?
– Məncə, heç nə alınmayacaq, – fəhlə saman taylarını
anbarın küncünə itələdi. Onlar qapıya çatanda isə arxadan
səsləndi: – Onları iyirmi beş dəqiqə saxlayacağam. Vaxtında
gəlib çıxmasanız, ocağa atacağam.
– Nə cürətlə belə danışırsan? – fəhlə eşitməsin deyə Birte
astadan mızıldandı. O, çox inamsız görünürdü, əvvəlki qətiy -
yətindən əsər-əlamət qalmamışdı. Çalışırdı ki, dükanda heç
kəsə toxunmasınlar. “Dükanın köhnə sahibi sağ olsaydı, yəqin
ki, yaxınlaşıb hal-əhval tutardı, soruşardı ki, Sveygensdə işlər