Page 269 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 269
Siqbyörn Holmebakk
ki, bazarda da samanı bu qiymətə satırlar. O artıq samanı baha
satmaq fikrindən daşınmışdı. Amma onlar saman taylarını
mənzilə gətirəndə xanım bəyan etdi ki, beş eredən çox ver -
məyəcək. Birteylə Siqval saman taylarını gətirmək üçün evdən
çıxandan sonra, xanım öz qulluqçusunu bazara göndərib qiy -
mətləri öyrənmişdi. Birte etiraz etməyə başladı: axı öz qula -
ğıyla eşitmişdi – yeddi ere, burada isə onu yalançı çıxarırdılar.
Nəhayət, samanı beş ereyə satmağa razı oldu, amma bu dəfə
xanım özündən çıxdı:
– Çirkli saman üçün çənə-boğaz olmaq fikrində deyiləm! –
o, hiddətlə qapını çırpdı.
Tayları yenidən parka aparmalı oldular.
Gərək dərhal beş ereyə satmağa razı olardı. Çünki bir az
sonra bazara gələndə gördülər ki, araba sahibi samanı müftə
paylayır. Arabada bir az saman qalmışdı. O, ötüb-keçən qadını
səslədi:
– Müftə götür, geri qaytarmaq istəmirəm.
Polis parkda saman taylarını görüb hiddətləndi:
– Parkı zibilləmək olmaz, rədd olun burdan!
– Evə haçan qayıdacağıq? – saman tayını belinə qaldıran
Siqval zarımağa başladı. 269
– Bir az döz.
Birte öz səsini eşidəndə üşəndi, geriyə qayıtmaq barədə
fikirləşmək ona ağır gəlirdi. O artıq evə nəsə almaq haqqında
fikirləşmirdi, yeganə istəyi lənətə gəlmiş saman taylarından
qurtulmaq idi. “Belə-belə işlər”, – özü də bilmirdi, bu sözlərlə
nə demək istəyir. Hara getdiyini də bilmirdi. “Hara gedirəm,
bu tayı niyə aparıram?” – bu sualı tez-tez özünə təkrarlayırdı.
Bu sual onu qorxudur, getdikcə daha da təlaşlanırdı. “Bu
samanı hara aparıram? – yenidən düşündü. – Bu qədər əzab-
əziyyətə dəyərmi?” Yenidən ərini xatırladı. Haçansa burada
birlikdə gəzərdilər. İkisi də cavan və güclüydülər. Onu həmişə
cavan və güclü təsəvvür edirdi. “Yaşasaydı, indi qocalmışdı, –
Birte fikirləşdi, – mənim kimi zəif, dişsiz adama çevrilmişdi”.