Page 273 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 273
Siqbyörn Holmebakk
Deyəsən, oğlan onları ələ salmaq fikrində deyildi, rişxənd
etmirdi. Odur ki, onları arabaya əyləşməyə dəvət edəndə Birte
dərhal razılaşdı.
– Tayları arabaya qoyun, – oğlan dedi. – Heyif ki, sata
bilməmisiniz, – yolboyu bu sözləri bir neçə dəfə təkrarladı: kefi
kök idi, deyəsən, yaxşıca yeyib-içən adama oxşayırdı.
O, arabanı yolun kənarında saxlayıb, saman taylarını yerə
atdı. Sonra cibindən kağız torba çıxarıb, Siqvala konfet vermək
istədi. Amma konfetlər arabanın içinə dağıldı.
– Hamısını götür, – oğlan ağzını marçıldatdı. – Qoy saman
burada qalsın, yaza qədər çürüyər!
Amma Birte samanı burada qoymaq fikrində deyildi – o,
ətəyinin cibindən kibrit çıxarıb, taylara od vurdu. Saman alışıb-
yanmağa başladı, Birte nəvəsiylə birgə, isinmək üçün, arxasını
ocağa tərəf çevirdi. Əməlli-başlı üşümüşdülər. Siqval ləzzətlə
konfet yeyirdi. Birte də özünə konfet götürdü. Qəribədir, ona
elə gəlirdi ki, ağzının dadı qaçıb, amma karamel çox ləzzətliydi.
Konfeti çeynəyib udandan sonra özünü nisbətən gümrah hiss
etdi.
– Hələ qaranlıq çökməmiş evə çatacağıq, – Birte Siqvala
ürək-dirək vermək üçün dedi.
Gözəl qış günü idi. Çevrilib baxanda gördülər ki, samanın 273
tüstüsü göyə bülənd olub. Artıq Titlann xutoruna çatmışdılar,
amma tüstü hələ də görünürdü.
– Bizim tüstüdür, – Siqval şəstlə dedi, – yəqin, onu bütün
şəhər görür.
– Hə, yaxşı yanır, – Birte şən səslə cavab verdi. Titlann arxa -
da qalmışdı deyə sevinirdi.
Onların yaxınlaşdığını görən Sven cəld evə girdi. Onun
evinin pəncərəsi önündən keçəndə Birte konfet çıxarıb Siqvala
verdi. “Yenə bu yoldan keçirəm, – düşündü, – amma bu, so-
nuncu dəfə olmayacaq”.
Şəhərdə başına gələnləri xatırlamaq istədi – sanki hər şey
dumana bürünmüşdü. Küçələrdə dolaşarkən beynindən
keçənləri də yadına sala bilmirdi. Belə fikirlərdən uzaq durmaq