Page 277 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 277
Odd Vinger
lıqda palmaların konturlarını görür, ağacların budaqları ara-
sıra xəfif titrəyir.
Yunqa bayaq acgözlük edib, çox yeyib-içib, ona görə də
özünü pis hiss edir. Düşünür ki, gərək arağın üstündən pivə
içməyəydi...
Stüard canfəşanlıq edib Milad bayramı münasibətilə
ekipaj üçün kayut-kompaniyada süfrə açmışdı. Matroslar
meyvə və qoz dolu qabları masalara düzmüşdülər, içkini isə
özləri ilə gətirmişdilər. Aləm qarışmışdı – elə yeyib-içmişdilər
ki, bəyaz süfrələr pis günə qalmışdı, meyvə və pivə ləkəsi ilə
dolu idi.
Yunqa başını dənizə əyib qusur. Ətrafda sakitlikdir. Şalva -
rının cibində gizlətdiyi mismarı çıxarıb suda əmələ gəlmiş yağ
ləkəsinin üzərinə atır – şappıltı səsi gəlir.
– Əşi, yum ağzını! – kayut-kompaniyadan kiminsə bağırtısı
eşidilir.
Heç şübhə yoxdur ki, indi məclisdə dava-dalaş düşəcək.
Hər dəfə limana gələndə yeyib-içməyin sonu belə bitir. Bütün
səfərlərdə belə olub: Antverpen, Marsel, Bombey, indi də
Kolombo.
Matros Eriksen deyirdi ki, Miladı dənizdə qarşılamaq
yaxşıdır. Amma onun dediyi kimi olmadı, bayramda sahilə yan 277
aldılar. Ona görə də Eriksen kayutuna çəkilib qapını bağladı,
şam yeməyinə də gəlmədi. O, dindar adamdır.
Dənizçi şagirdinin əvvəlcə Kolombo barədə zərrə qədər də
təsəvvürü yox idi. Böyük matroslar ona şəhər haqqında
danışır, arabir söyüş də söyürdülər. Sonra qızmar günəşin
altında yanan Kolombo limanına yan aldılar, ertəsi gün isə
dəhşətli isti gəmi heyətinə nəfəs almağa imkan vermədi,
yunqa gördüklərindən heyrətə gəldi və bütün bunlar onun
yaddaşında silinməz izlər buraxdı.
...Mağaza sərin idi, ancaq səs-səmir gəlmirdi. Yalnız tavan-
dan asılmış sərinkeşin pərləri fırlanıb qəribə səs çıxarırdı: xlip-
xlip-xlip!
Süd kimi ağ divara şaquli vəziyyətdə yapışmış hörümçək
hərəkətsiz qalmışdı, sanki şikarını hipnoz edirdi. Adətən, boz