Page 280 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 280
XX əsrin Norveç hekayələri
Sandeforddan olan mexanik səndələyə-səndələyə yaxın -
laşır: sifəti qıpqırmızıdır, yunqanı təpədən-dırnağa süzür. Ayaq
üstə güclə dayanır, stüardı axtarır ki, ondan yenə içki alsın.
– Göyərtədə kef eləyirsən? – soruşur. – Nə özünü dar -
tırsan, yoxsa bizi bəyənmirsən, hə?
Yunqa başa düşür ki, dərhal və dəqiq cavab vermək
lazımdır.
– Təmiz havaya çıxmışam, – tələsik dillənir. – Sən bilirsən
axı, hələ əməlli-başlı içməyi bacarmıram. Sizə çatmağıma hələ
çox var!
Bu sözlər mexanikin ürəyincədir, islanmış dodaqlarını qıyıb
gülür.
– Yaxşı ki, bunu başa düşürsən! Əlini ver görüm! Kimsə sə -
nə güldən ağır söz desə, utanma, mənə söylə! Ölməmişəm ki!
Verim cavabını!
Mexanik çıxıb gedir, yunqa isə yuta – gəminin yuxarı
göyər təsinin arxa tərəfinə qalxır. İstəmir ki, mexanik geri dö -
nəndə onu görsün, çünki bilir ki, qoca dənizçiyə araq verməyib
kambuzdan çölə atacaqlar.
Qara siçovul ciyilti ilə sol bortdakı kəndirin üzəri ilə qaçır.
Yunqa diksinir, bağlı illüminatorun qarşısından keçib flaqştoka –
280 bayraq ağacına doğru gedir.
Dünən sahilə çıxmaq üçün tramvay-qayığa minmişdi. Üst-
başından çirk yağan iki kişi yanaşı oturub avar çəkirdi. Yunqa
qayığın arxa tərəfində kiçik çətirin altında əyləşmişdi. Yolda
bir yelkənli qayığa yan aldılar. Göyərtəsi göz oxşayırdı: mis
örtüklü nə vardısa, par-par yanırdı, kəndirlər səliqə ilə yığıl -
mışdı, hiss olunurdu ki, yelkənli qayığı bu yaxında rəngləyiblər.
Çesunça kostyum geymiş bir kişi qayığın arxa tərəfindəki
şezlonqda oturub qəzet oxuyurdu, başının üzərində yaşıl
tentdən çətir qurulmuşdu. Yelkənli qayığın adı ərəb hərfləri
ilə yazılmışdı, yunqa bu hərfləri tanımırdı. Düşündü ki, yəqin,
dənizin dibinə baş vurub mirvari çıxaran adamın qayığıdır, hər
şey ona qeyri-adi, nağıllardakı kimi göründü: mavi rəngli
lacivərd okean suları, üfüqdə balaca bulud parçası ağarır, sualtı
qayalıqlar – mərcan rifi, palmaların sallanan budaqları,