Page 281 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 281
Odd Vinger
körfəzin göz yaşı kimi duru suyu, dənizdən ayrılmış kiçik bir
gölün qumsal dibində bitən ecazkar otların arasında vurnuxan
rəngbərəng balıqlar... Hər şey göz qırpımında qeyb ola bilər:
küləyə bənddir, tüğyan eləsə, qara buludlar günəşin qarşısını
tutacaq, dalğalar şahə qalxıb təlatümə gələcək, gəmilərə
aman verməyəcək, onlar kimsəsiz dənizdə bu təbii fəlakətlə
üz-üzə qalıb çarpışmalı olacaqlar.
Kayut-kompaniyadan gələn səs ətrafa yayılır, deyəsən, ya
Milad nəğmələrini, ya da ağızlarına gələni oxuyurlar. Sizcə,
sərxoş dənizçilər bundan başqa nə bacarır? Birdən gurultu
qopur. Görünür, sərxoşlardan biri süfrəni dartıb, masanın
üstündəki qab-qaşıq da yerə səpələnib. Bəlkə, Sandeforddan
olan mexanik alüminium siniləri kayut-kompaniyanın metal
arakəsmələrinə çırpır?
Antverpendəki kiçik yeməkxanalar yadına düşdü, döşəmə
qusuntu izləri ilə dolu idi. Musiqi avtomatlarından zəhlətökən
mahnılar səslənir, sərxoş dənizçilər barın qarşısındakı üçayaqlı
kətillərdə qurdalanır, bir yerdə qərar tuta bilmirdilər. Böyür-
başlarında da sifətinə bolluca boya sürtmüş, saçları vız-vız
dayanan çirkli fahişələr hərlənirdi, tüstü, duman, söyüş
buranın havasına hopmuşdu...
Qayıqda yanaşı əyləşib avar çəkən kişilər sahilə çatanda 281
ondan pul qoparmağa çalışdılar. Əvvəl yalvarırdılar, sonra
qışqırmağa, barmaqlarını onun gözünə soxmağa, paltarından
dartmağa başladılar. Tələb olunan məbləği verib dabanına
tüpürdü.
Sonra bir az avaralandı, başından ağrı tutanda kiçik
restorana girdi, tünd Avstraliya pivəsindən içib dəmləşdi.
Axşam saat səkkizə az qalmışdı. Adətən, bu vaxtlar anası
ilə peçenye və qoz yeyir, radio dinləyir, Miladı qarşılayırdı.
Atası onları qoyub gedəndən sonra otağın birini kirayə
vermişdilər. Oğlan hiss etmişdi ki, deyəsən, kirayənişinin onun
anasından xoşu gəlir, elə anası da bu adama biganə deyil.
Amma kirayənişin Milad bayramında kəndə, qohumlarının
yanına gedirdi. Ona görə də ana və oğul birlikdə peçenye və