Page 282 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 282
XX əsrin Norveç hekayələri
qoz yeyir, radioda uşaq xorunun konsertini dinləyir, “Zəng
səsləri” adlı Milad verilişinə qulaq asırdılar.
Şkiper – gəmi kapitanı Milad bayramını qeyd etmək üçün
zabitləri salona toplamışdı, sahildən də qonaqlar dəvət
olunmuşdu. Bayram tədbiri əla keçdi – döşəmədən tavana
qədər uzanan şam ağacını al-əlvan bəzəmişdilər, masalara
hindtoyuğunun əti və növbənöv şərablar düzülmüşdü. Qara
önlüklü xörəkpaylayan qadın saçına ağ sancaq taxmışdı, məc -
lisi yola vermək üçün iki nəfərin əvəzinə çalışırdı. Kapitanın
başı qonaqlara elə qarışmışdı ki, vaxt tapıb kayut-kompaniyaya
baş çəkməyi, ekipajı Milad bayramı münasibətilə təbrik
etməyi unutmuşdu.
Xeyriyyə cəmiyyəti bağlama göndərmişdi, içində qalstuk-
lar, corablar və xeyli xırdavat vardı. Bağlamaya bu hədiyyələri
top lamış qadınların təbrik məktubları da əlavə olunmuşdu.
Əlbəttə, hədiyyələr pis deyil, amma anasından məktub yoxdur.
İş qadını yaman üzür, aldığı qəpik-quruş yeməyə güclə çatır,
yazıq bilmir ki, məktub aylarla yol gedir, eh, hər şey necə də
dolaşıq və mürəkkəbdir...
Buranın gecə səması adamı valeh edir, ulduzlar kəhkə -
şanda bərq vurur. Bax indi başının üstündə görünən Cənub
282 Xaçı bürcüdür. Evdə, hələ məktəbli ikən, Milad ulduzu barədə
eşitmişdi. Amma bu ulduzu görmək ona nəsib olmamışdı.
Yəqin, iri, parlaq bir ulduzdur, dama çıxsan görəcəksən, sanki
ağır gümüş ipdən sallanır. Amma uşaq ikən getdiyi ibadət
evinin divarındakı rəsm əsərini yaxşı xatırlayır: Məryəm və İsa
təsvir olunmuşdu, çılpaq körpə otların üstündə uzanıb
ayaqlarını oynadır. Evdə onun da körpə vaxtı çəkilmiş fotosu
vardı. Adyala büküb stolun üstünə qoymuşdular, ata-anası da
yanında dayanmışdı: atası mavi kostyumda, ağ qalstuk taxıb,
anasının da cavan, qəşəng vaxtıdır. Şəkilə baxıb elə düşünmək
olardı ki, valideynləri onu körpə İsaya bənzədirmişlər...
– İndi aləmi dağıdacağıq! – aşağıda Sanderforddan olan
mexanik bağırır, hamı qışqırır, gurultu qopur, qab-qacaq sınır.
Bütün gecəni yeyib-içib hay-küy saldılar. Yunqa bilir ki,
ekipaj üzvlərindən çoxu mexanikin dərsini vermək üçün