Page 287 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 287
Marqaret Yohansen
qayığa əyləşib, qaranlığa və sükuta qərq olmuş göldə avar
çəkməyə başladılar. Qaranlıqda oturub bir-birilərinə qısılmış -
dılar. Meyvə şirəsindən çəkilmiş spirtli içkidən dadır, kürəklərin
səsini dinləyirdilər. Sonra kürəkləri yığışdırdılar...
– İndiki cavanlar çox prinsipsizdir, – Kirstenin əri də
söhbətə qoşuldu.
Kirstenin əri dana basdırması çeynəyirdi. Başını arxaya atıb
danışanda hansısa quşu xatırladırdı.
– İndiki cavanlar… nyam-nyam-nyam, – Kirstenin əri danı -
şanda da çeynəməyindən qalmırdı, – məsuliyyət hissindən
məhrumdur… nyam-nyam-nyam. Hamısının səbəbi… nyam-
nyam-nyam… azad tərbiyə üsuludur.
O, “azad” sözünü elə dedi ki, elə bil dana basdırmasındakı
damarcığı tüpürür.
...Sonra qayığın dibinə uzandılar. Yer sərt idi, amma buna
fikir vermirdilər. Hər şey səmimi, sadə və gözəl idi...
– Bağışlayın, uşağınız var? – o, Kirstenin ərindən soruşdu.
– Əlbəttə! – kişi şəstlə cavab verdi. – Üç uşağım var.
– Siz onları “indiki cavanlar”a aid etmirsiniz?
– Qulaq as, Hans… – Kirsten dilləndi.
...Göldən havalanan ördəyin qanad səsləri sükutu pozdu.
Yəqin ki, ördək yenicə yumurtadan çıxmış balalarına görə 287
narahat olmuş, düz yuvasının üstünə gələn qayıqdan ürk -
müşdü...
Qonaqlardan biri bəyan etdi:
– Bu uzunsaç tiplər xəstə dövrün azarının simptomlarıdır, –
danışan, xörəyindən uzun saç tapmış adama oxşayırdı. –
Özlərini təsdiq etmək üçün başqa üsul fikirləşib tapa bilmirlər.
Hamısı natamamlıq kompleksindən əziyyət çəkir, ona görə də
zahiri effektlərə meyil edirlər.
...Onda Kirsten dedi ki, ördək balalarını görmək istəyir.
Onlar kirimişcə qayıqda oturub, ördəyin sakitləşməsini
gözləməyə başladılar. Amma artıq qaranlıq çökmüşdü, o
axşam ördək balalarını görə bilmədilər.
Ertəsi gün sıraya düzülüb, qamışlıqda üzən ördək balalarını
gördülər. Elə balaca, tüklü, sevimliydilər ki…