Page 292 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 292
XX əsrin Norveç hekayələri
Sınıqlar
çtəkərli sınıq velosipedi zibil qutusunun yanına gətirib
Üqoyanda Allahıma şükür elədim ki, nəhayət, sərbəs -
təm!
Pilləkənlə yuxarı qalxanda özümə elə gəlirdi ki, deyəsən,
yerimirəm, qaçıram. Ayaqlarımın pillələrdə necə səs salması
da vecimə deyildi; qonşuların bu tappıltıları eşitdiyini
düşünmək mənə hətta xoş gəlirdi. Lap balzam kimi.
Mənzilə qayıdıb, içəri keçəndə qonaq otağının işığı artıq
sönmüşdü. Yataq otağının qapısı isə aralı idi və pazşəkilli işıq
zolağı ora gedən yolu göstərirdi. Səhər açılmaqdaydı, onunla
rastlaşdığım vaxtdan artıq dörd saat keçmişdi.
* * *
Dəmiryol körpüsündə, mavi neon işığı süzülən fənərin
altında dayanmışdı. Dumandan təzəcə çıxmışdım ki, gözlərinin
mənə zilləndiyini gördüm. Gecəyarı idi; adətim üzrə, yavaş-
yavaş, ağır addımlarla yeriyirdim. Vaxtım çox idi, heç yana
292 tələsmirdim. Vaxtımın bol olmasına çoxdan alışmışam. Ləng
addımlarla yeriyəndə hamı kimi yerimədiyimi sezmək çətindir.
O, addım səslərini eşidib, tədbirli losman kimi, dumana
zənlə nəzər yetirdi. Bu cür qadınlarla danışmaq vərdişim yox-
dur. Bir neçə dəfə olub ki, beləsi mənə müraciət edəndə ayaq
saxlamışam, amma bunun axırı, adətən, dilxorçuluqla qur -
tarıb. Belə hadisələrlə ildə azından bir dəfə üzləşirəm. Şəfqətə,
rəhmə dözümüm yoxdur, hətta haqqı namusla ödənsə də,
mərhəmətdən zəhləm gedir, az qala, ürəyim bulanır. Daha
doğrusu, əvvəllər belə olurdu. İndi hər şey başqa cürdür,
intəhası, başqa cür düşünməyə hələ alışmamışam.
Onunla danışmağa məni əynindəki qara libas vadar etdi.
Jaketi düzgün tikildiyindən əndamına kip otururdu, uzun ətək
isə dizlərini örtmüşdü. Ayağında xəz haşiyəli ağ dikdaban çək -