Page 293 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 293
Finn Börnset
mə, başında ağ beret vardı; əlcəkləri də dümağ idi. Əlcəyə ona
görə diqqət yetirdim ki, çiynindən asdığı çantanın zəncirini ara
vermədən açıb-bağlayırdı. Həy əcanlı olduğu, əsəbiləşdiyi
aşkar bilinirdi və bu, mənə maraqlı görünmüşdü.
– Biz tanışıq? – soruşdum.
– Doğrudan?
– Yox, amma siz mənə tanış kimi baxırdınız.
– Ola bilməz!
– Hə, hə.
Qadın gülümsündü.
– Onda, bəlkə, tanış olaq?
Hiss etdim ki, bir az içib. Amma bu, o dərəcədə deyildi ki,
üzündən, yaxud gözlərindən bilinsin. Yəqin, ürəkli olmaq
xətrinə içmişdi və bu, mənim marağımı bir qədər də artırdı.
Hiss etdim ki, şövqüm yavaş-yavaş qımıldanmağa başlayır,
amma əndazədən çıxmasına, axırda da məni səfeh vəziyyətdə
qoymasına icazə verə bilməzdim. Bütün hisslərim nəzarət
altında idi və özümü bir qədər naşı yerinə qoymaqdan heç də
çəkinmirdim. Bu, mənimçün əsla çətin deyildi.
– Adımı söyləməyimi tələb etməsəniz, böyük məmnu -
niyyətlə, – dedim.
– Adınız məni maraqlandırmır, – o, qəfildən sakit, quru 293
tona keçdi.
– Bəs sizi nə maraqlandırır?
Düz gözlərimin içinə baxıb dedi:
– Pul!
– Belə de!
– Hə, belədi!
– Nə qədər?
Bir neçə anlığa tərəddüd elədi. Fikirləşdim ki, artıq məni
qiymətləndirir. Həm də bilmirdi nə qədər istəmək abırlı çıxar.
– Yüz kron, – axırda guya öz qərarını verdi, amma girdiyi
rolun ağırlığına dözməyib əlüstü soruşdu: – Yoxsa bu, çox oldu?
Mən güldüm, o isə qızardı.
– Yox, – dedim, – çox deyil.