Page 294 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 294
XX əsrin Norveç hekayələri
Lənət şeytana, belə baxanda, centlmen deyiləmmi?!
Biz oğrun baxışlarla altdan-altdan bir-birimizi süzürdük.
Danışmaq növbəsi onda idi və boynuma alım ki, cavabını, nə
deyəcəyini həvəslə gözləyirdim. Onun inamsızlığına, qətiyyət -
sizliyinə elə heyran olmuşdum ki, hətta ağlımdan keçdi ki, əgər
bunu da bacarsa...
– Yaxşı, gedəkmi? – soruşdu.
– Gedək, – dedim. – Siz harda yaşayırsınız?
Aşkar qorxu içində üzümə baxdı.
– Yox, yox, ora olmaz. Yaşadığım yerə qəti olmaz!
Əslində, bu, mənə sərf edirdi, odur ki, dedim:
– Olmaz olmasın, başqa yerə gedərik. Mənə fərqi yoxdur.
Gördüm yenə çantanın zəncirini dartışdırır.
– Bəlkə, sizə gedək, – dedi. – Düşündüm ki...
– Yox, yox, nə danışırsınız, – dedim, – başınıza hava gəlib?
Mənim arvadım, üç uşağım var...
Bu sözləri söyləmək mənimçün heç də çətin deyildi, çünki
yalan demirdim. Hərçənd öz evimə kimi istəsəm, gətirə də
bilərdim; buna çoxdandı heç bir maneə yox idi. Qadın isə elə
bil söndü.
– Hə-ə! – dedi.
294 – Hə, elədir. Nədi, oxşamıram?
– Yox, mən o mənada demədim. Nə bilim...
Aşkar çaşqınlıq içində idi, sanki indicə qırılacaqdı. Onda
nəsə şübhə yaranmışdı və bu, mənim mövqeyimi zəiflədirdi.
Başım uğuldayırdı, çox istəyirdim ki, oyun elə buradaca bitsin.
– Hotel tapmaq olar, – candərdi təklif elədim.
– Belə gec vaxtı?
– Əlbəttə. Bu yaxınlıqda taksi dayanacağı var. Taksi sürücü -
ləri belə hotelləri tanıyırlar.
Yerimizdən tərpənib yavaş-yavaş getməyə başladıq.
Mənim asta getməyim o səbəbdən idi ki, ləng yeriməyi
xoşlayıram, onunku isə cəsarətinin yoxa çıxmasına görə idi. O,
yeriyə-yeriyə başını aşağı salıb ayağının altına baxırdı, bu isə
mənim qətiyyətimi artırırdı. Elə həssas görünürdü ki, lap ona