Page 299 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 299
Finn Börnset
ma yım. Amma eşitdiyim səslərdən hansı paltarı soyunduğunu
bilirdim. Nəhayət, adyalı üstünə çəkib dedi:
– Mən hazıram.
– Çox gözəl, – desəm də, yerimdən tərpənmədim.
Əlimi qədəhə uzadıb bir az da içdim və beləcə oturmağa
davam elədim. Mən məğlub olmuşdum. Mübarizə yox idi.
Müqavimətsiz təslim olmuşdum və indi mənə yalnız bir çıxış
yolu qalmışdı. Ayağa qalxıb onun üzünə baxmalı, əlimi alnıma
çəkib deməliydim: “Bağışlayın, bacarmıram. İcazə verin, izahı
mümkün olmayan şeyi sizə izah eləməyim. Yalnız bir şeyi deyə
bilərəm: səbəb sizdə deyil. Çalışın, məni bağışlayasınız,
hərçənd özümü kobud aparmışam”.
Hə, bu xüsusda nəsə deyib paltomu, ayaqqabılarımı
geyinib getməliydim. O isə addım səslərimə qulaq asa-asa
çarpayıda uzanıb qalmalıydı. Bəlkə, dalımca ağlayacaqdı,
amma təsəlli üçün ona bir az çaxır qalmışdı.
İşin tərsliyindən bu vaxt o, ikinci sözünü dedi:
– Sən gəlirsən?
Bu, sual deyildi, yox. Bu, bir nalə idi, hıçqırıq idi, ağrı idi,
batan vəhşi heyvanın böyürtüsü idi. Bu iki kəlmə havanı qılınc
kimi kəsib doğradı və mən əməlli-başlı qorxdum. Özümə
dedim ki, insan göz önündə məhv olur, əgər bu dəqiqə çıxıb 299
getsən, onu öldürmüş olacaqsan.
– Hə, hə, – deyib, qədəhi əlimdən yerə qoydum. – İndi
gəlirəm.
Çarpayının qırağında oturanda o gülümsünüb əlini irəli
uzatdı; yapışıb sakitcə öpdüm. Əli solğun, dərisi elə zərif idi ki,
altından damarları görünürdü. Əlimin qabırğalarına toxundu -
ğunu hiss edəndə yüngülcə diksindi. Sınığı axtaran həkim kimi
barmaqlarımı bədənində gəzdirdim. Aşağı əyilmişdim ki, bu
vaxt qəfildən dizimə toxunan əlini gördüm. Cəld dikəldim, özü
də elə sərt şəkildə ki, əməlli-başlı qorxub gözlərini bərəltdi.
– Noldu ki?
Qapıya baxdım: hər halda, on altı illik təcrübəm vardı; belə
vəziyyətlərdə neyləmək lazım olduğunu bilirdim.