Page 303 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 303
Finn Börnset
Məhz buna toxunub qırılan nikahım dəhşətli bir yuxudur.
Arvadım başa düşəndə ki, məni aldada bilmir, daha dözmədi.
Bilmirəm, evə qayıdıb onu hadisə yerində yaxaladığım gün
buna hansımız daha çox sevindi. Hər halda, dost kimi ayrıldıq.
Dəyişikliyi hiss etdiyini qadının üzündəncə oxudum. Bircə
o çatmırdı ki, indi özü mənə minnətdarlıq etsin; desin ki, onu
yubatmadan, vaxtında düz yola yönəltmişəm. İntəhası, heç nə
demədi.
– Getmək lazımdır, – köynəyimi götürüb dedim.
Pəncərənin qabağına gedib, paltarını geyinənəcən orada
durdum. Pilləkəndə onun arxasınca gedirdim və daha
axsamamağa çalışırdım. Mənə elə gəlirdi ki, bir qədər nəfəs
dərməyi özümə rəva görə bilərəm.
Səkiyə çıxanda qolumdan yapışdı. Ötüb-keçən taksiyə
boylandım; boş deyildi.
– Bəlkə, piyada gedək, – dedi. – Mənim evim burada,
yaxın dadır.
Bir söz demədim. Öz istədiyim kimi gedəndə piyada
gəzməyi xoşlayıram. Ovqatım düzəlmişdi. Yerişimizin qeyri-
rəvan ahəngi aramızda nəsə yaxınlıq yaratmışdı.
– Sözlərimi geri götürürəm, – ona baxıb gülümsündüm.
– Hansıları? 303
– Demişdim ki, uğurlar əldə edirsən. Bu, doğru deyil. Sən
heç vaxt uğur qazanmayacaqsan. Sənə nəsə başqa şey fikirləş -
mək lazım gələcək.
O da gülümsündü, amma gözləri gülmürdü. Susmağa
üstünlük verdi. Elə də böyük şey deməmişdim, ancaq cavab
ver səydi, bu, ona xoş gəlməyəcək sözlər doğura bilərdi.
Biz onların alaqapısına çatanda birdən dedi:
– Getmə!
Bu, əmr idi və mən əmrə tabe oldum. Biz hələ bir-birimizin
hesabını ödəməmişdik və o dərəcədə yorğun deyildik ki, bu
işi sonraya saxlayaq.
Dəhlizdə üçtəkərli sınıq velosiped vardı: pedalları əzilmiş,
sükanı eybəcər xaç şəklinə düşmüşdü, elə bil məzəli qrotesk