Page 305 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 305
Finn Börnset
Bu yerdə ona hamısı çatdı və səbir kasasını daşdırdı.
– Aman Allah, bu, necə adamdı belə! – hiddətlə dilləndi.
– Sən bundan özünə kult düzəltmisən! İstəyirsən sənə sitayiş
eləsinlər!
– Əminsən?
– Əlbəttə! Hər halda, burda öyünməli bir şey yoxdu.
Ona soyuq tərzdə, saymazyana baxdım. Bütün bunlar
mənə qabaqcadan məlum idi və indi ürəyim sərtləşdi.
– Kult məsələsində irad tutulası təkcə mən deyiləm.
– Nə dediyini başa düşmürəm.
– Dəhlizdə gözümə mehrab sataşdı. Bəyəm sən onu gör -
mədin?
Əgər mənim qəzəbim bu cür məntiqdən kənar olmasaydı,
onun nifrət dolu baxışlarına tab gətirə bilməzdim. Yəqin, bir
az yaxında otursaydı, əlim çatsaydı, onu vurardım da və hər
şey dəfələrlə olduğu kimi bitərdi.
Qadın qorxub eləmədi, amma bir müddət sonra başını
aşağı salıb hərəkətsiz oturdu. Əlləriylə gicgahlarını sıxıb,
gözlərini qədəhə zilləmişdi. Bir neçə dəqiqə keçdi; o, başını
qaldırmadan soruşdu:
– Sənə bir zəhmət verə bilərəm?
– Nə zəhmət? 305
– Götür onu ordan, apar həyətə. Amma tez elə, yoxsa
fikrimdən daşınaram.
Mən paltomu asılqandan çıxaranda arxadan qadının səsini
eşitdim:
– Yox, yox, elə əynindəkiylə get...
Və tez də əlavə elədi:
– O cür də qayıt gəl!