Page 300 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 300
XX əsrin Norveç hekayələri
– Heç nə, – dedim. – Mənə elə gəldi ki, orda kimsə gəzişir.
Bir az geri çəkildim ki, əli mənə çatmasın və öz hərəkə -
timin izahı kimi adyalı üstündən çəkdim. Dizlərini öpə-öpə
fikirləşdim: ilahi, adamdan nə yaxşı iy gələrmiş! Bu qoxu məni
incə və ləng tərpənməyə vadar etdi. Əlini uzadıb saçlarımı
sığallasa da, bu, məni dayandırmadı, olsa-olsa, bir damcı
çaşdırdı. O, köməksiz və comərd idi. Sığalında qadınların
gözünə qaranlıq çökdürən, biləkləri sustaldan elə bir güc və
səxavət vardı ki, bu prosesin mümkün qədər uzun çəkməsini
istəyirdim. Axı sonra mənimçün heç nə qalmayacaqdı, ona
görə də həzz aldığım hər dəqiqə üçün minnətdar idim. Mən
gah bu, gah digər bəhanə ilə öz qətlimin vaxtını uzadırdım və
qadın “Sən gəlirsən?” deyəndə səsindəki həvəs və ehtiras
məni sarsıtdı.
– Sən gəlirsən?
Bu, bayaqkı sözlər idi, amma indi violonçel kimi səslənirdi –
bütün musiqi alətlərindən insan ruhuna ən yaxını olan vio-
lonçel kimi.
“Sən gəlirsən?” – indi bu, hökm idi və ali məhkəmənin
hakimi tərəfindən verilmişdi. Mən hökmə boyun əyib:
– Gəlirəm, – dedim.
300 Özümü heç vaxt olmadığım qədər güclü və möhkəm hiss
edirdim. Məni mərhəmət hərəkətə gətirirdi. Aldığımdan çox
verirdim və o, qəlbimə toxunub daha məni küsdürə bilməzdi.
Stulu çarpayının yanına çəkdim, köynəyimi soyunub
pencəyin üstündən asdım, qalstuku düzəltdim ki, əzilməsin.
Amma buna lüzum yox idi, yəqin, orada çox asılıb qalmaya -
caqdı. Qadın adyalı üstünə çəkdi və bu hərəkətinə bəraət
qazandırırmış kimi gülümsünüb dedi:
– Bir az sərin oldu.
Çarpayının böyrünə söykənib qayışı açdım, əvvəl sağ,
sonra sol protezi ayağımdan çıxartdım.
– Aman Allah!
O, bir dəfə başqa bir qadının elədiyi kimi, tez üzünü
adyalla örtmədi, amma bunu vecinə almadığını da demək