Page 302 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 302
XX əsrin Norveç hekayələri
sıxılanda baxışlarının ağırlığına dözə bilmədim. Nəsə eləmə -
liydim. Qalxıb şüşədə qalmış portveyni qədəhlərə süzdüm. O,
qədəhi götürdü, heç bir söz demədən içdik. Mən yenə
çarpayının qırağında oturdum. Heç nə soruşmaya da bilərdim,
amma mənə elə gəldi ki, ürəyini boşaltması üçün ona imkan
yaratmaq lazımdı.
– Naxoşluq? – soruşdum.
Başını buladı.
– Yox, yük maşını. Gecə yol buz bağlamışdı.
Fikirləşdim ki, deyəsən, bu barədə oxumuşdum. Hətta
başlıq da yadıma gəlirdi, amma tam əmin deyildim. Belə
hadisələr barədə hər gün nəsə yazırlar, intəhası, adam yalnız
zərərçəkəni şəxsən tanıdıqda buna diqqət yetirir.
– Vəssalam?
Başıyla təsdiqlədi. İndi o, dodaqlarına və gözlərinə yiyəlik
edə bilirdi.
– Mən müəlliməyəm, daha doğrusu, müəllimə idim. O
vaxtdan məktəbə ayaq basmamışam.
Qadının sakitliyi məni silkələyib oyatdı. Bir müddət özümü
unudub yalnız onu düşündüm, bu səbəbdən müdafiəsiz və
təsirlənmiş vəziyyətdə qaldım. Qadının bu ağlasığmaz
302 müsibəti məni təpədən dırnağa sarmışdı və necə qapanıb
qaldığımı özü də görürdü. Fikirləşdim ki, aha, deyəsən,
istədiyimə nail olmuşam. İndi mənimkindən daha təzə və
daha ciddi olan yaranı qurdalayıb, bədbəxtliyi üzə çıxarmaqla
o, lap güclü olmuşdu. Və ölümü – heç kəsin əl atmadığı kozırı
oyuna buraxmışdı ki, məni yazıq etsin. Hərçənd bu, oyun de -
yildi. Bu, elə bir xeyirxahlıq, elə bir şəfqət idi ki, ömrümdə
buna bənzərinə rast gəlməmişdim. Onların mənə bu cür təsir
göstərməsi əbəs yerə deyildi ki. Mən qaranlıqda – lap elə
işıqda da – bədənimi bərk-bərk qucaqlayıb öz bədənlərinə
sıxan, bunun isə boş şey olduğuna, heç bir əhəmiyyət
daşımadığına məni cani-dildən inandırmaq istəyən qadınlara
öyrəşmişdim. Ancaq onlar məni aldada bilmirdilər, hərçənd
çalışırdım ki, sevinc bəxş eləyənlərin heç birini incitməyim.