Page 297 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 297
Finn Börnset
nişdən sonra, necə olsa, özümü inamlı hiss etdim. Biz sanki
əsas məsələyə qayıtmışdıq.
Qapı döyüldü. Gedib açdım, pulunu verib portveyni və iki
qədəhi kişidən götürdüm. Sonra qapını arxadan kilidləyib,
qədəhləri pəncərənin qarşısındakı masanın üzərinə qoydum,
şüşəni açıb hər iki qədəhə çaxır süzdüm.
– Sizin sağlığınıza!
O, asılqanı çarpayının üstünə qoyub qədəhi əlinə aldı.
– Həm də sizin sağlığınıza, – deyib qədəhi axıracan içdi.
– Aha! – dedim, – gərək mən də güc verim, yoxsa dala
qalaram.
Qədəhi boşaldıb, sonra ikisini də təzədən doldurdum.
Masa arxasında üzbəüz əyləşmişdik. Kirimişcə oturub, onu
qaba tərzdə süzməkdən çəkinmirdim. Axı buna görə pul
ödəmişdim.
Jaketinin düymələri axıracan bağlıydı, yaxalığı isə elə bala -
ca, elə dar idi ki, boynundakı gerçəyə oxşayan nazik mirvari dən
başqa heç nəyi görsənmirdi. Taksidə apardığım kəş fiy yat dan
artıq mənə bəlli idi ki, jaketin altından hamar köy nək geyinib,
amma nə rəngdə olduğunu bilmirdim. Fikirləşdim ki, yəqin, ağ
olar və mənə maraqlıydı ki, görəsən, zənnim düz çıxacaqmı.
– Sizcə, bura soyuqdur? – soruşdum. 297
– Yox, əksinə. Nəyə görə deyirsiz ki?
– Pencəyi çıxartmaq istəyirəm. Bəlkə, siz də məndən
nümunə götürəsiniz? Evdə bayır-bacaq geyimində oturmaq
yaxşı deyil.
Pencəyimi çıxarıb stulun başından asdım, o isə bir söz
demədən asılqanı götürüb qapının ağzındakı taxta lövhəyə
tərəf getdi. Köynəyi, həqiqətən, ağ imiş, həm də elə şəffafdı
ki, hətta çiyinbağısı da görsənirdi. O da kostyumu kimi qara
rəngdə idi. İstər-istəməz fikirləşdim: görəsən, yasa batmayıb
ki?
Sonra yenə içdik. Artıq bədənimdə çaxırın şirin oyununu
hiss edirdim – o, içimdəki xroniki qorxaqlığı yavaş-yavaş
keyləşdirirdi.