Page 296 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 296
XX əsrin Norveç hekayələri
– Hə, yemək üçün çox gecdi.
– Bəs bir şüşə çaxır necə? – qadın ondan soruşdu.
Adam nəsə mızıldandı, dedi ki, çətin məsələdir, amma
çalışar. Gedəndə hansı çaxırdan istədiyimizi də heç soruşmadı.
İçəri girib, otağı nəzərdən keçirdik. Demək olar, heç nə
yoxdu: ikiadamlıq yekə çarpayı, isti-soyuq suyu olan əlüz -
yuyan, bir də pəncərənin qarşısında stol və bir cüt stul.
Qapının yanındakı divarda iki taxta asılqan vardı. Birindən pal-
tomu asıb, o birini qadına verdim. İndi yazıq asılqanı əlində
tutub, yerindəcə donub-qalmışdı və mən bu andırı ona
uzatdığıma peşman olmuşdum. Əlbəttə ki, məni kobud saya
bilərdi, üstəlik də, naşı olmağım üzə çıxırdı; mənsə artıq
özümü naşı hiss etmirdim. Taksidə necə davrandığımı yada
saldım – asma lampanın gur işığında indi bu, gülünc
görsənirdi. Fikirləşdim ki, iki yad adamıq, nömrədə isə yalnız
gur işıq. Pəncərəyə yaxınlaşdım.
– Maraqlıdır, görəsən, o, bizə nəsə gətirəcək? – qadın
soruşdu.
– Əlbəttə, gətirəcək, – dedim. – Axı bu, onun qazancıdır.
Yadıma düşdü ki, ayaqqabılarımı çıxartmamışam. Qapıya
tərəf yönələndə, gördüm baxışlarıyla hərəkətlərimi izləyir, bu
296 isə, adətən, məni tarazlıqdan çıxarırdı. Bilirəm ki, ləng
tərpənəndə adamlar heç nə hiss etmir, bununla belə, özümdən
asılı olmadan yenə hirslənir, diqqəti yayındırmaq üçün ağzıma
gələni danışıram. Əlbəttə, bu, insafdan deyil və ədalətli sayıla
bilməz. Amma eybi yox, qoy məni qaba saysınlar.
– Siz, yəqin, pulu qabaqcadan almaq istərdiniz, eləmi? –
deyib pulqabını cibimdən çıxartdım.
– Nə pul?
– Biz bəyəm yüz krona razılaşmadıq?
Bərk qızardı; dodaqları bir-birinə sıxıldı, gözləri qıyıldı.
– Düzdür, – dedi.
Pulu götürüb çantasına qoydu; heç qədərinə də baxmadı.
Onda fikirləşdim ki, səbəbini bilməsəm də, hər halda, onu bu
ad dımı atmağa vadar edən ehtiyac deyil. Bununla belə, ödə -