Page 298 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 298
XX əsrin Norveç hekayələri
– Qulaq asın, – dedim. – Əlbəttə, bunun mənə dəxli yox-
dur, istəsəniz cavab verməyə də bilərsiz. Amma bilmək
istərdim, bu yola nə səbəbdən düşmüsünüz?
– Səbəbini artıq sizə demişəm, – sakitcə cavab verdi.
– Siz pulu nəzərdə tutursunuz?
– Hə. Bəyəm bu, kifayət qədər əsaslı səbəb deyil? –
deyəsən, o, bilərəkdən kobud olmağa çalışırdı.
– Əlbəttə! – dedim. – Heç şübhəsiz, belədir! Yəqin, körpə
qızınız var, onun qayğısına qalmalısınız ki, sizin yolunuza
düşməsin. Yəqin, uşağın atası sizə bir ere də vermir. Çox
güman ki, hardasa dənizdə işləyir, heç kim də yerini bilmir.
Elədir?
– Elədir.
– Siz oxumamısınız, heç bir təhsiliniz yoxdur, – sözümə
davam elədim. – Əlinizdən heç bir iş gəlmir, həm də bir az
tənbəlsiniz. Düzdürmü? Belə olduqda, əlbəttə ki, küçə – prob-
lemin yeganə həlli yoludur.
– Tamamilə doğrudur! Sizin sağlığınıza!
– Həm də sizin sağlığınıza. Siz uğur qazanırsınız.
Üçüncü qədəhi başına çəkdi, mən də onun kimi elədim.
Əgər həqiqəti bilsəydi, bəlkə, şüşənin hamısını mənə
298 saxlayardı. Belələri xeyirxah olur.
Yenə süzdüm və bu yerdə o, hər şeyin altını üstünə çevirən
sözlərdən birincisini dilə gətirdi.
– Siz bütün gecəni danışmaq fikrindəsiniz?
Məsələ onda deyil ki, boynuna çəkdiyi rolu pis oynayırdı,
yox, onun səsində nəsə ümidsizlik vardı, sanki indicə hön -
kürəcəkdi və bu, məni cəsarətdən məhrum edirdi. “Bu, mənlik
deyil”, düşündüm. Bilmirdim vəziyyətdən necə çıxım.
– Yox, əlbəttə! – dedim. – Siz nə danışırsınız!
Yəqin ki, məni çaşdırdığını başa düşmüşdü, çünki qalxıb
yanıma gəldi, üzümü sığallamağa başladı.
– Gəlin uzanaq, – təklif elədi. – Yaxşımı?
– Birinci siz uzanın, – dedim.
Əyilib saçımdan öpdü, sonra çarpayıya yaxınlaşıb adyalı
kənara çəkdi. Arxam ona tərəf oturmuşdum, çalışırdım bax -