Page 295 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 295
Finn Börnset
bütün həqiqəti bəri başdan açıb demək də olardı. Amma yox,
salamatı yüz krondan keçməkdir. Lap min kron verməyə də
hazır idim, təki mərhəmət hissi məni basıb əzməsin. Bədə -
bəddə həqiqəti söyləməyə cürətim çatmasa da, yenə, heç ol-
masa, nəsə udacaqdım. Fikirləşdim ki, bayaqdan bəri içkinin
xumarlığından başım, az qala, çatlayır, indi isə bu, vecimə
gəlmirdi.
Taksi sürücüsü əvvəl bir az nəm-nüm elədi, amma onluğu
cibinə basanda gecələr müştəri qəbul eləyən hotellərdən biri
yadına düşdü. Sonra gənc xanım üçün maşının arxa qapısını
açdı, mənsə əks tərəfdən keçib oturdum ki, qadın solumda
qalsın. Qanacaqlı, abırlı ailədən olduğumu düşünən qadın
taksi sürücüsü işığı söndürənəcən üzümə xəfifcə gülümsündü.
Maşında mən bu gözəlçəni qucaqlamadım, çünki ona lap çox
yaxınlaşmaqdan çəkinirdim. Lakin qaranlıqda əllərim onun
cəsarətinin hara qədər çatacağını yoxlamağında idi. O, məni
bundan saxlamırdı. Başını arxaya atmışdı, çantasını dizlərinin
arasında sıxıb dinməzcə oturmuşdu; fənərlərin taksinin
pəncərəsindən düşən işığında sifəti qağayı qanadlarına oxşasa
da, ikrah doğurmurdu. O sanki heç nəyi görmürdü və bundan
mənim başım fırlanırdı; az qala, onun bədəni qarşısında əriyib
gedirdim. 295
Sürücü maşından düşdü, hotelə yaxınlaşıb zəngi basdı.
Əynində qara rəngdə toxunma köynək olan bir adam qapını
açdı. Öz aralarında nəsə danışandan sonra sürücü maşına
qayıdıb dedi ki, hər şey qaydasındadır.
Nömrənin haqqını ödəyən kimi qara köynəkli adam açarı
götürüb bizim qabağımızca üçüncü mərtəbəyə qalxdı. Nəzakət
qaydaları tələb edir ki, pilləkəndə qadından irəli düşəsən,
mənim vəziyyətimdə isə, ən azından, bu dəfə üçün seçimə yer
yox idi.
Biz nömrənin qapısı qarşısında dayananda qız dedi:
– Yəqin, bizə nəsə gətirmələri üçün vaxt gecdir...
Bilmək olmurdu, mənə müraciət edir, yoxsa bu adama.
Adam bizə baxıb öz tərəfindən mərhəmət göstərdi.