Page 301 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 301

Finn Börnset

          olmazdı. Uzandığı yerdəcə iflic kimi donub-qalmış, gözləri
          protezlərə zillənmişdi. Bəs deyincə baxmasına mane olmadım;
          baxıb qurtarandan sonra geyinib, çarpayının qırağında otur-
          dum.
             – Sus, – dedim, – heç nə demə. Mən bu dəqiqə çıxıb
          gedirəm.
             – Yox, getmə, – xahiş elədi. – Sən Allah, getmə.
             Dinmədim. Əlbəttə ki, çıxıb gedə bilməzdim. Əvvəlcə
          gərək onu evə yola salaydım, amma bu barədə bir söz deməyə
          tələsmirdim. Gördü ki, yerimdən tərpənmirəm, özünə gəlməsi
          üçün ona vaxt vermək lazımdı. İndi sakit və rahat idim.
          Düşündüm ki, nə desə də, nə hərəkət eləsə də, daha məni
          ağrıda bilməz.
             Qadın təzədən danışanda, ona dostyana nəzərlərlə baxır -
          dım.
             – Bayaq məndən bir şey barəsində soruşmuşdun.
             – Hə?
             – Soruşmuşdun ki, niyə bu yola düşmüşəm.
             – Hə.
             – Sən mənim yalanıma inanmadın, özündən körpə qızımın
          olması, onu dolandırmağım barədə nəsə nağıl uydurdun.
             Mən ondan gözümü çəkmirdim. Özümü hələ də tam         301
          müdafiə olunmuş və təsirlənmiş kimi hiss edirdim.
             – Bu, uğursuz bir zarafat idi, – dedim. – Heç də özümdən
          uydurmamışdım.
             – Bəs əgər belə olsaydı?
             Heyrətlə onun üzünə baxdım. Gördüm istədiyini deməkdə
          çətinlik çəkir, amma bu hərəkəti şoka yozdum. Bununla belə,
          ona necəsə kömək eləmək üçün dedim:
             – İnanmıram.
             Gözləri birdən-birə qəddarlaşdı.
             – Hə, indi belə deyil. Amma belə idi. Özü də lap bu yaxın -
          laracan.
             Mən onu dərhal anladım, hələ heç sözünü bitirməmiş. Və
          gördü ki, məsələni başa düşmüşəm. Dodaqları bir-birinə
   296   297   298   299   300   301   302   303   304   305   306