Page 304 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 304

XX əsrin Norveç hekayələri

               üslubunda metal heykəlcik idi. Velosipedin üstündə divardan
               sukeçirməyən sarı uşaq plaşı və cırıq kombinezon asılmışdı;
               yerdə isə qırmızı rəngli rezin çəkmələr gözümə sataşdı. Otağa
               keçdik. Divanın üstündə əlini balaca masanın üzərindəki kon -
               yak şüşəsinə tərəf uzatmış gözüyumulu kukla vardı; qadın
               divan da oturanda kukla yırğalandı. Mən keçib kresloda otur -
               dum.
                   Qadın iki qədəhə konyak süzdü. İçdik. Susub heç nə danış -
               mırdım, fikirləşirdim ki, əgər nəsə demək lazımdısa, qoy özü
               desin.
                   Sözə qərəzsiz başladı.
                   – Bu, necə olub? – soruşdu.
                   – Cəbhədə olub, – dedim.
                   Bir müddət məni maraqla süzüb, sonra soruşdu:
                   – Və sən bununla heç cür barışa bilmirsən?
                   – Ayaq təzədən bitmir axı.
                   Qədəhi əlində fırlada-fırlada bir müddət də susdu.
                   – Haqlısan, – handan-hana dilləndi. – Mən bu barədə
               fikirləşməmişəm.
                   Başa düşmədim ki, məhz nəyi nəzərdə tutur.
                   – Belə çıxır ki, mənim bəxtim səninkindən çox gətirib, –
         304   dedi. – Mən əlil deyiləm. Təzədən doğa bilərəm.
                   Düşündüm ki, artıq ələ salır. Bu fikirdən cinləndim, onu
               sancmaq, nə cürsə ağrıtmaq istədim:
                   – Ona görə orda durmuşdun?
                   – Harda?
                   – Körpüdə.
                   Amma o, sözlərimə ciddi yanaşdı, arasındakı gizli zəhəri
               sezmədi.
                   – Yox, – inamsızlıqla dilləndi. – Düzü, bilmirəm. Çətin ki.
               Sa  dəcə mənimçün fərqi yox idi. Dedim nə fərqi var, qoy belə
               olsun.
                   Hə, demək, belə. Fikirləşdim ki, deməli, sənə heç indi də
               bir fərqi olmayacaq.
                   – Səninçün indi də fərqi yoxdu? – soruşdum. – Mən burda
               yalnız buna görə oturmuşam, eləmi?
   299   300   301   302   303   304   305   306   307   308   309